AFFA-dan "Turan"a texniki məğlubiyyət, Flavinyo və Musa Süleymanova sərt cəza

06.12.2011 | 5718 dəfə oxunub

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilmiş matçlarda qeydə alınmış qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Kubokunun 1/8 final “Xəzər Lənkəran” – “Qaradağ Lökbatan” matçının 64-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 13 №-li futbolçusu Bayram Kərimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

“Bakı” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Simurq” – “Neftçi” matçında “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 30-cu dəqiqəsində “Neftçi” klubunun 9 №-li futbolçusu Flavio Aleks Valensio aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub

Oyunun fasiləsində “Neftçi” klubunun məşqçisi Bəxtiyar Musayev hakimləri təhqir etdiyi üçün məşqçi 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Matçın 83-cü dəqiqəsində “Simurq” klubunun 4 №-li futbolçusu Vasili Yanotovski kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyunun 85-ci dəqiqəsində “Simurq” klubunun məşqçisi İqor Yuşenko hakimləri təhqir etdiyi üçün məşqçi 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Matçın 24, 30 və 85-ci dəqiqəsində “Simurq” azarkeşləri, oyunun 45-ci dəqiqəsində isə “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 2000 manat cərimə olunub.

Oyunda “Neftçi” klubunun azarkeşləri tərəfindən oturacaqlar sındırılıb. Bu səbəbdən “Neftçi” klubu dəymiş zərərə uyğun olaraq, “Simurq” klubunun təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.

“İnter” – “Turan” matçının ikinci hissəsinə “Turan” klubu çıxmaqdan imtina etmişdi. Belə ki, AFFA nümayəndəsi və hakim-inspektorun müraciətinə baxmayaraq, klubunun prezidenti Musa Süleymanov komandanın meydançaya çıxmasına icazə verməmişdi. Bu səbəbdən də baş vermiş hadisələrlə əlaqədar olaraq “Turan” klubuna aşağıda göstərilmiş şəkildə cərimə və cəzalar tətbiq olunub: 

“Turan” klubunun prezidenti Musa Süleymanov komandanın meydançaya çıxmasına icazə verməyərək azarkeşlərə və rəqibə qarşı hörmətsizlik etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

“Turan” klubu özbaşına meydançanı tərk etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 10 000 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail