Ayxan Abbasov: "Qadze hərəkətinə görə üzr istədi"

14.08.2017 | 4508 dəfə oxunub

"Birinci oyun həmişə çətin keçir. Bugünkü oyuna da futbolçuları buna uyğun hazırlamışdıq. “Səbail” yaxşı rəqibdir. Planlaşdırdığımız kimi oyuna qolla başladıq. Rəqibin də fürsətləri oldu. Anar Nəzirov da bu gün qapıda yaxşı oynadı. Bu oyundakı səhvlərimiz təhlil edib, təkrarlamamağa çalşacağıq".

Stadium.Az xəbər evrir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 1-ci turunda "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, komandanın müdafiə xəttinin zəif oyunundan narahat olduğunu vurğulayıb: " Futbolçularla bu barədə söhbət edəcəm. Onlara narazılığımı bildirmişəm".

Abbasiv penalti epizodunda Milan Duriçlə Riçard Qadze arasında anlaşılmazlığı belə şərh edib: "Hücumçularda bu cəhətdən paxıllıq olur. Qadze penaltini özü qazanmışdı deyə, qol vurmaq istədi. Sonradan hərəkətinə görə üzr istədi. Bu oyunda qol da vurdu".

Abbasov Qabriel Mateyin zədəsinin son durumu barədə məlumat verib: "Bir az dizində ağrı var idi. Risk etmək istəmədik. Tam vəziyyətinə sabah həkim müayinəsindən sonra aydınlıq gələcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail