Samir Abbsov: "Təcrübəli futbolçular da özlərini yaxşı tərəfdən göstərmədilər"

20.08.2017 | 5559 dəfə oxunub

“Birinci səfər oyunumuz idi. Gözlədiyimizdən də çətin oyun alındı”. Stadium.Az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Premyer Liqanın 2-ci turunda “Qəbələ”yə səfərdə 0:1 hesabı ilə uduzduqların oyundan sonra deyib.

O bildirib ki, komandada bəzi futbolçular meydanda yox kimi idilər: “Bu da bizə çətinlik yaratdı. “Qəbələ” üstün idi. Belə olacağını da gözləyirdik. İnanırdıq ki, bütün heyətlə, var gücümüzlə oynasaq, nəsə edə bilərik. Əfsuslar olsun ki, 2-3 nəfərdən istədiyimizi ala bilmədik”.

Abbasov konkret olaraq Xəyal Nəcəfov və Cavid Tağıyevdən narazı qaldığınə söyləyib: “Həqiqətən də təcrübəli futbolçular da özlərini yaxşı tərəfdən göstərmədilər. Bəlkə də bu, ilk səfər oyunumuz olmağından irəli gəlirdi. Amma ikinci turdu, qlobal problem deyil. Təcrübəli dediyiniz oyunçuların əksəriyyyəti son illər oyun təcrübəsi baxımından əziyyət çəkirdilər”.

S.Abasov qeyd edib ki, “Qəbələ”yə ən azı heç-heçə üçün gəlibmişlər: “Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq. Rəqibin "İnter"lə oyunu da bizə motivasiya vermişdi”. 

O, növbəti turda qarşılaşacaqları "Zirə" haqda da danışıb: “Hələ bu oyun barədə düşünmürdüm. "Zirə"nin bugünkü oyununa 70 dəqiqə baxdıq. Növbəti matçla bağlı nəsə demək üçün bir az vaxt lazımdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail