"Xəzər Lənkəran"ın ən gənc məşqçisi müəyyənləşdi

08.12.2011 | 5751 dəfə oxunub

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Cüneyt Biçər klub tarixində ən gənc baş məşqçi olub. Stadium.az xəbər verir ki, 36 yaşında bu posta təyin olunan türkiyəli mütəxəssisin sələflərinin heç biri bu yaşda baş məşqçi olmamışdı.
 
Klub tarixinə 7-ci baş məşqçi kimi düşən Biçerə kimi bu rekord Nazim Süleymanova məxsus idi. Komandanın ilk çalışdırıcısı 39 yaşında bu posta təyin olunmuşdu. Düzdü, onun 2-ci istefasından sonra komandanı 3 oyuna çıxaran Şenol Fidanın da 39 yaşı olub. Lakin o, baş məşqçi yox, bu funksiyanı müvəqqəti icra edən olub.
 
Qeyd edək ki, “Xəzər Lənkəran”ın tarixində ən yaşlı baş məşqçi Ağasəlim Mircavadovdu. O, 59 yaşında - Biçerdən 23 yaş böyük olduğu vaxt bu postda debüt edib.
 
Onu da vurğulayaq ki, komandanın 7 baş məşqçisindən 4-ü əcnəbi – 2 türkiyəli (Rasim Kara və Cüneyt Biçer), 1 ukraynalı (Viktor Pasulko), 1 rumıniyalı (Mirça Rednik) olub. (klub saytı)
 
Məşqçi
Təvəllüdü
İlk təyinatı
Debütdə yaşı
1. Nazim Süleymanov
1965
2004
39
2. Rasim Kara
1950
2004
54
- Şenol Fidan (icra edib)
1966
2005
39
3. Viktor Pasulko
1961
2006
45
4. Ağasəlim Mircavadov
1947
2006
59
- Hafiz Əliyev (icra edib)
1957
2008
51
5. İqor Ponomaryov
1960
2009
49
6. Mirça Rednik
1962
2010
48
7. Cüneyt Biçer
1975
2011
36



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail