"Qarabağ" rəsmisi: "Bu komandaların adlarını eşidəndə adam həyəcanlanır"

25.08.2017 | 4385 dəfə oxunub

"Qarabağ"ın meneceri Asif Əsgərov Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimindən sonra fikirlərini  Türkiyə mətbuatı ilə bölüşüb. Stadium.Az xəbər verir ki, Əsgərov bunları deyib:

"Çempionlar Liqasının qrup mərhələsində  Atletiko", "Çelsi" və "Roma" ilə qarşılaşacağıq. Bu komandaların adlarını eşidəndə adam həyəcanlanır. İlk dəfə qrup mərhələsində oynayacağımıza görə digər komandalar üçün asan rəqibik. Azərbaycan tarixinə keçdiyimiz üçün xoşbəxtik. Bacardığımız qədər ölkəmizi, klubumuzu daha yaxşı yerlərə aparmağa çalışacağıq".

 Türkiyədəki qardaşlarımıza səslənirəm, hamısına təşəkkür edirəm. Avropadakı səfər oyunlarında bizi dəstəksiz qoymurlar. "Kopenhagen”lə səfər matçına da türkiyəli qardaşlarımız gəlmişdi. "İki dövlət, bir millət” olduğumuzu hər yerdə sübut edirik. Hər matçımızda türk və azərbaycanlıların qardaş olduqlarını görürük. Bu böyük oyunlarda onlardan hər zaman dəstək gözləyirik. Sağ olsunlar, indiyə kimi bizi dəstəkləyiblər. Üç səfər görüşümüzdə də belə davam edəcəklərinə inanıram. İnşallah, biz də onları sevindirməyə çalışacağıq".

Əsgərov Türkiyəni ÇL-də təmsil edən "Beşiktaş"a da uğurlar arzu edib: "Türkiyə təmsilçisi "Beşiktaş"a da uğurlar arzulayıram. Bizim hədəfimiz Çempionlar Liqasının qrupuna qalmaq idi. Bunun sevincini yaşayırıq. "Beşiktaş"ın daha da irəli getməsini arzulayırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail