Şahin Diniyev: "Bu gün 1 xal bizim üçün çox vacib idi" - MÜSAHİBƏ

26.08.2017 | 4451 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə “Neftçi” ilə heç-heçə edən (0:0) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Gərgin oyun idi. Yeni komandayıq. Hamısı cavan uşaqlardı, birinci dəstədən gələn futbolçular var. Səbr etmək, bir az gözləmək lazımdı. Komanda meydanın hər qarışı uğrunda vuruşdu. “Neftçi”nin üstünlüyü var idi, bunun boynumuza almalıyıq. Amma komanda vuruşduğu üçün 1 xalı qazandı. “Neftçi” bu gün ən yaxşı oyunlarından birini keçirdi. İstəyirik ki, gənc futbolçuları qazanaq,

- İlyas Səfərzadə və Kamran Abdullazadə bu dəfə ehtiyatda qalmışdılar...

- Rəqibi analiz etmişdik. Onlar hücumda çox güclüdülər. Buna görə də, dağıdıcı futbolçulardan istifadə etməli idik. Şadam ki, gənc futbolçularımız ansamblı pozmadı. Məşqdə kim daha yaxşı görünürsə, onlardan istifadə etməyə çalışırıq.

- İstədiyinizi aldınmı?

- Gördük ki, komandamızda potensial var. Getdikcə daha da “artırıb”, üstünə qoymalıyıq. Bu gün 1 xal bizim üçün çox vacib idi. Komandanın özünə gəlməsi mənasında bu, böyük önəm kəsb edirdi. Futbolçularımın meydandakı vuruşundan razı qaldım.

- “Neftçi”yə gəlməyi ehtimal olunan məşqçilərin sırasında sizin də adınız çəkilir. Bu “Neftçi”ni qəbul etmək istərdinizmi?

- “Neftçi”nin öz siyasəti var. Komandanın çox yaxşı futbolçularıvar. “Neftçi” ilk 2 oyunu belə keçirsəydilər, xallar qazanardılar. Mən isə “Kəpəz”dən heç yerə gedən deyiləm. Azarkeşlər, rəhbərlik qarşısında öhdəliyim var. Bu futbolçuları mən yığmışam.

- “Kəpəz” çempionatda neçənci yerlər uğrunda mübarizə apara bilər?

- Belə artıraraq davam etsək, istədiyimiz yerdə ola bilərik. Üç oyuna əsasən, bu suala konkret cavab vermək olmaz. Əsas odu ki, stabil oyunumuzu “tutaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail