Tahir Gözəl: "Biz "Qarabağ"ın məsuliyyətini öz üzərimizə götürəndə ..."

26.08.2017 | 3705 dəfə oxunub

"16 illik zəhmətimizin nəticəsində Çempionlar Liqasında ölkə bayrağımızı dalğalandırmaq  möhtəşəm qürurdur. Hədəfimizi düzgün qoyduq. Aşağı yaş qrupları da daxil olmaqla peşəkar klub yaratmağı hədəfləmişdik".

Stadium.az xəəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl "Anadolu" agentliyinə açıqlamasında deyib.

O, ilk vaxtlar istədikləri kimi baş məşqçi tapa bilmədiklərini bildirib: "Qarabağ"ın uğuru Qurban Qurbanovla hədəfi ilə bizim hədəfimizin üst-üstə düşməsi ilə başladı. Hədəflərimizi daha da böyüdə biləcəyimizi hiss etdik. Qurbanov yaxşı komanda yaratdı və bunun bəhrəsini görürük. İnşallah, uzun illər bu yolda uğurla davam edəcəyimizə inanıram".

"Qarabağ"ın Ermənistanın işğalı altında olduğu Ağdamın komandası olduğunu xatırladan T.Gözəl deyib: "İşğal altındakı torpaqların adının Avropada keçməsi, Azərbaycan torpaqlarının bütövlüyünün gündəmə gətirilməsi bizim üçün önəmli hədəf idi. Biz "Qarabağ"ın məsuliyyətini öz üzərimizə götürəndə bu düşüncə ilə hərəkət etdik".

Klub rəsmisi Türkiyədən də çoxlu sayda təbrik mesajları aldığını söyləyib: "Qarabağ"ın Türkiyədə nə qədər sevildiyini bilirik. Bizim gözəl xəbərlərə ehtiyacımız var. Bu gün Türkiyənin "Beşiktaş" klubu ilə birgə Avropada mübarizə aparacağıq. Bu möhtəşəm hisdir. Bu uğur bütün türk dünyasınındır. Türkiyə və Azərbaycanı sevənlərə böyük hədiyyədir. Bu məsuliyyətlə qarşıdakı matçlarda ən gözəl oyunlarımızı sərgiləməyi arzulayırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail