Almanlar "Qarabağ"dan yazdı

26.08.2017 | 4336 dəfə oxunub

Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i mübarizədən kənarlaşdıraraq Azərbaycan futbol tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” dünya mediasının diqqət mərkəzinə düşüb.

Stadium.az xəbər verir ki, Almaniyanın nüfuzlu “Die Welt” qəzetində dərc olunmuş “Çempionlar Liqasında vətənsiz, qaçqın klub” başlıqlı yazıda qeyd olunub ki, “Qarabağ” təkcə Ağdamın deyil, bütün Azərbaycanın qürurdur.

Yazını təqdim edirik:

“Qarabağ” (Ağdam) – bu komanda Çempionlar Liqasında çıxış edir. Dağlıq Qarabağ bölgəsini təmsil edən bu kiçik klub 1993-cü ildən ev oyunlarını Ağdamda keçirə bilmir. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək ilk Azərbaycan komandasıdır.

“Kopenhagen”lə oyundan sonra vətənə qayıdan komandanı hava limanında minlərlə azarkeş qarşıladı. Onlar oxudu, rəqs etdi və qəhrəman futbolçularına dəstək verdilər. Azarkeşlər hələ “Kopenhagen”lə oyun başa çatan kimi Bakı küçələrinə çıxaraq komandalarının zəfərini qeyd etdilər. 

1990-cı illərdən başlayan Ermənistan – Azərbaycan münaqişəsi nəticəsində minlərlə azərbaycanlı öz doğma yurdundan didərgin düşüb və hələ də geri qayıda bilmir. “Qarabağ” isə “qaçqın” komanda adlanır. Klubun vətəni olan Ağdam o zamandan etibarən “ruhlar şəhərinə” çevrilib. “Qarabağ” klubu 1993-cü ildən bəri ev oyunlarını müxtəlif şəhərlərdə keçirib və nəhayət, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionda qərarlaşıb. “Kopenhagen”lə oyundan sonra komandanın kapitanı Rəşad Sadıqov qürurla bildirib ki, biz çətin sınaqlardan keçmişik.

"Qarabağ" ardıcıl 4 il Azərbaycan çempionu olsa da, Çempionlar Liqasının qrup mərhələsində oynamaq bu komanda üçün çətin olacaq. Klubun illik medcəsi 12 milyon avrodur. Bu, hər futbolçunun illik gəlirinin orta hesabla 480 min avro olması deməkdir. "Real"ın futbolçusu Kriştiano Ronaldo bu məbləği bir həftəyə qazanır. Baş məşqçi Qurban Qurbanov bundan sonra 1 və ya 2 futbolçu transfer edəcəklərini açıqlayıb. Qurbanov 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail