Qurban Qurbanov: " Bu suala cavab verməkdən yorulmuşam"

26.08.2017 | 5385 dəfə oxunub

"Qarabağ" Azərbaycan Premyer Liqasının III turunun oyununda doğma meydanda "Qəbələ"ni 2:1 hesabıyla məğlub etdi. 

Stadium.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox ağır oyun oldu. Futbolçularımızın durumuna görə məğlub olmağa da hazır idim. Amma hər şey bizim tərəfimizdə oldu. Sona kimi mübarizə apardılar və qələbə qazandıq. Boşluqlar da yaratdıq, qol epizodları verdik. Ancaq futbolçular olmayan güclərin ortaya qoyaraq qələbə qazandıq. 

- Ancaq məğlubiyyətə hazır kimi görünmürdüz...

- Biz səfərdəki oyjnçulardan üçün meydana daxil etdik. Bizim futbolçular həqiqətən xarakter göstərdilər.

- Yeni transferlərə ehtiyac var?

- Bu suala cavab verməkdən yorulmuşam. Hər dəfə bir xəbər olur. İndi tam cavab verə bilməyəcəm. Ancaq bizə futbolçu lazımdı. İstəyirəm ki, əlimdə daha çox futbolçu olsun və seçimimiz daha geniş olsun. Çalışırıq ki, ən azı iki transfer edək.

- Çempionlar Liqasındakı ağır oyundan sonra 2 dəqiqə bəs etdi ki, komandanız qələbə qazansın. Artıq sizə rəqib görünmür...

- Mən belə düşünmürəm. Çox çətinliklə qələbə qazandıq. Ən yaxşı vaxtlarımızda da xal itkimiz çox olub. Qətiyyən arxayınlaşmaq olmaz.

- Millinin toplanışı komandaya zərər verməyəcək?

- Xeyir. Məncə daha da fayda verəcək. Ancaq ağır qrafik olacaq. Sadəcə sıx qrafikə görə narahatam ki, zədə olmasın. Burdakı futbolçular üçün daha da yaxşı olacaq.

- "Zirə"nin də çempionluq uğrunda oynayacağını demək olar?

- Çempionat hələ yeni başlayıb. Bunu indidən demək olmaz. Daha çox komanda da oynaya bilər.

"Qarabağ" Olimpiya Stadionunda oynaya bilər?

- Hər bir komandanın öz stadionu olur. O komanda da həmin stadionda özün daha rahat hiss edir. Biz bunu hər tərəfli analiz etməliyik. Bizim üçün hətta burda oynamaq belə ağırdı. Biz özümüzü Respublika stadionunda daha rahat hiss edirik.

- ÇL-da Azarkeşlərə nə söz verirsiz?

- Qarşımıza məqsəd qoymamışıq. Azərbaycan futbolu üçün futbolun sevilməsinə böyük təkan verəcək. Bu böyük 3 şəhərdə futbol oynamaq hər kəs üçün yaxşı olacaq. Daha düzgün yanaşıb, yaxşı oynamağa çalışacağıq.

- Prezidentin sizi qəbul etməsinin komandaya nə faydası olacaq?

- Komandanın daha da məsuliyyətli olmasına kömək edəcək. Görüşdə çox maraqlı anlar yaşandı. Prezident futbolçularla görüşəndə onların bir birinə hansı səhvləri və ya daha yaxşı məqamlarını diqqətə çatdırdı.

- Çox riskli əvəzetmələt etdiz..

- Mən belə düşünmürəm. Maksimi müdafiənin mərkəzində, Rahidi isə müdafiənin sağında oynatdım. Futbolçuların gücün nəzərə alıb bunu etməliydim. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail