Ramil Şeydayev "Qarabağ"a keçir

31.08.2017 | 5889 dəfə oxunub

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev karyerasını “Qarabağ”da davam etdirməyə yaxındır.

Stadium.Az xəbər verir ki, Slovakiyanın “Jilina” klubundan ayrılan futbolçu özü Ağdam klubu ilə bütün məsələlərdə razılığa gəlib.

Şeydayev müqavilə ilə “Trabzonspor”a məxsus olduğundan son olaraq bu klubun razılığını almaq qalıb. Bu baş verərsə, millimizin 20 yaşlı hücumçusu “Qarabağ”da icarə qaydasında çıxış edəcək. Hələlik klubların maddi məsələdə tam razılığa gələ bilmədiyi iddia olunur.

Məsələ ilə bağlı hələlik "Qarabağ" rəsmilərinin mövqeyini öyrənmək mümkün olmayıb.

“Trabzonspor”un Ahmet Çubukçu isə “Qafqazinfo”ya açıqlamasında Ramillə bağlı “Qarabağ”la danışıqlar apardıqlarını təsdiqləyib: “Bəli, “Qarabağ” Ramili bizdən istədi. Hazırda danışıqlar gedir. Klubumuzun prezidenti “Qarabağ” rəhbərliyi ilə görüşür”.

Bu gün Avropada transfer pəncərəsinin son günü olduğundan bu keçid bu gün ərzində həll olunmalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail