Tarik Elyunussini: "Bu, mənim üçün çox önəmli idi"

02.09.2017 | 4550 dəfə oxunub

“Azərbaycanla oyundan əvvəl danışıqlar hələ də davam edirdi. Görüşdən öncə “Qarabağ”a keçəcəyimə əmin deyildim.  Çünki paltardəyişmə otağını tərk edərkən telefonumu orda qoymuşdum. Müqavilənin xırda detalları qalmışdı. Matçdan sonra telefonumu açdıqdan sonra keçid həll edildiyini öyrəndim”.

Stadium.Az, bu sözləri Norveç millisinin futbolçusu Tarik Elyunussi "Qarabağ"a keçidi barədə "NRK"ya açıqlamasında deyib.

 
29 yaşlı yarımmüdafiəçi DÇ-2018-in seçmə mərhələsində yığmamızla matçdan əvvəl “Qarabağ”ın futbolçularının onu xüsusi salamladıqlarını bildirib:

“Azərbaycanla oyun zamanı rəqibin heyətində çıxış edən “Qarabağ”ın oyunçuları sanki mənim ora keçəcəyimi bildirdilər. Çünki matçdan əvvəl mənə qarşı isti münasibət göstərdilər. Bu, mənim üçün çox önəmli idi. Mehriban insan kimi görünürdülər. Onlara “təşəkkür edirəm” dedim. İnanıram ki, yeni komandamda hər şey yaxşı olacaq".

O, Bakını bəyəndiyini deyib: "Qarabağ" mənim üçün yaxşı sınaq olacaq. Yeni ölkə, yeni mədəniyyətlə tanış olacam. Bakıda bundan əvvəl olmuşam. Ora gözəl şəhərdir".
 
“Qarabağ” Tarik Elyunussini “Olimpiakos”dan bir illiyə icarəyə götürüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail