“Qarabağ” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”

06.09.2017 | 6182 dəfə oxunub

“Qarabağ”ın yay transfer pəncərəsində heyətinə qatdığı Pedro Enriko artıq Bakıya gəlib. Stadium.Az xəbər verir ki, yeni futbolçu keçidi və gələcək hədəfləri haqda klubun rəsmi saytına açıqlama verib. 

O, bura gəlməmişdən əvvəl komandanın hədəfləri ilə maraqlandığını deyib:

“Qarabağ”a gəlməmişdən əvvəl komandanın uğurları və hədəfləri haqda maraqlandım. Kollektiv, azarkeşlər və Bakı haqda artıq məlumatım var. Paytaxtınız da olduqca gözəl şəhərdir. Klubun bazasıyla tanış oldum, burada futbolçu üçün hər cür şərait yaradılıb. Bakıya gəlməmişdən bir gün əvvəl də Riçard Almeydayla danışdım, o da kifayət qədər məlumat verdi.

“Qarabağ”ın sabiq komandam PAOK-la oynadığı haqda da məlumatım var idi. Həmin ilin qışında Yunanıstan klubuna keçdim.

Komandamız Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klubdur. Mən də bura öz oyunumla kömək etməyə gəlmişəm. Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilirəm. Komandada rəqabətin olması hamımızın xeyrinədir. “Qarabağ” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail