Rəşad Sadiqov: "Rednikin Kamrana qarşı bu hərəkəti istefanın əsasını qoydu"
“Qaravağ”ın kapitanı Rəşad Sadiqov sabah “Xəzər Lənkəran”a qarşı səfərdə keçiriləcək oyunla bağlı müsahibəsi
- “Xəzər Lənkəran”la oyuna hazırlıq necə gedir?
- Hazırlığımız çox yüksək səviyyədə gedir. Hətta başqa komandalarla oynayanda da “Xəzər Lənkəran”ı fikirləşirik.
- Statistikaya əsasən, “Qarabağ” “Xəzər Lənkəran”a ən çox qol vuran və ən az məğlub olan komandadır.
- Düzü, meydana statistikanı nəzərə alaraq çıxmayacayıq. Ancaq, çalışacağıq ki, yaxşı nəticə qazanaq. İnşallah, buna nail olarıq.
- Bilirsiniz ki, görüşü boş tribunalar önündə keçirəcəksiniz. Bu amilin oyununuza hansısa təsiri ola bilər?
- Futbolun maraqlı olmasında azarkeşlərin çox böyük rolu var. Lənkəranın çılğın azarkeşlərini xüsusu qeyd etsəm, yanılmaram. Ola bilər ki, oyun bir qədər sönük keçsin. Azarkeşsiz meydançada oynamaq bir az çətin olur. Ancaq, qarşılaşmanın hansı məcrada keçəcəyini oyun göstərəcək.
- “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin istefa verərək komandadan ayrıldı. Məşqçi dəyişikliyini “Qarabağ” üçün üstünlük saymaq olar?
- Mən belə deməzdim. Çünki komandanın heyətində peşakar futbolçular çıxış edir. Əgər peşakar futbolçusansa, hansı məşqçinin olmasının fərqi yoxdur. Meydana çıxaraq öz oyununu oynamalısan. Düşünürəm ki, sabah Lənkəran klubu meydana özünü doğrultmaq üçün çıxacaq. Komandanın yeni baş məşqçisi ən azı özünü sübut etməyə çalışacaq. Futbolçular da özlərini yaxşı tərəfdən göstərmək istəyəcək. Məncə, onlar bizimlə qarşılaşmada var gücləriylə oynayacaqlar.
- Yeri gəlmişkən, Rednikin istefası sənin üçün gözlənilməz olmadı?
- Gözləməsəm də, zaman ona gətirib çıxarırdı. Vaxt özü göstərirdi ki, Rednik getməlidi. Komandasının qapıçısı Kamran Ağayevə qarşı belə hərəkət etməyi, kapitan sarğısını əlindən almağı, komandanın heyətindən çıxarmaq istəməsi istefanın əsasını qoydu. Rednik gərək belə etməyəydi. Çempionat başlayanda 9 xal hamıdan öndəydilər, çempionluğa ən real namizəd onlar idilər. Sonradan çox zəif çıxış etməyə başladılar.
- Son olaraq. İndiki hazırlıq durumun səni qane edir?
- Açığı, bunu mən özüm deyə bilmərəm. Lakin az da olsa yorğunluq var. Çünki tez-tez oyunlarda iştirak etdiyindən istər-istəməz yorğunluq əmələ gəlir. İnşallah, sabahkı oyuna tam hazır olaram.
Qol.Az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |