Roman Qriqorçuk: "Bu da bizim çatışmazlıq idi"

10.09.2017 | 6367 dəfə oxunub

Azərbaycan Premyer Liqasının IV turunun “Qəbələ” - “Zirə” (1:1) oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirib.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, Qriqorçuk komandasının ilk yarıda yaxşı oynamadığını bildirib: 

“Birinci hissədə yaxşı oynamadıq. Buna səbəb ilk dəqiqələrdən düz yerdə, təzyiq olmadan top itkiləri ilə üzləşməyimiz idi. Topu çox itirmək psixoloji cəhətdən də təsir edir. Sürətli əks-hücum etməyi bacaran komanda ilə görüşdə belə top itkiləri təhlükəlidir. 

“Zirə”nin də heyətində sürətli, əks-hücum etməyi bacaran oyunçular var. “Zirə” çox yaxşı, təşkilatlanmış şəkildə və böyük qüvvə ilə müdafiə olundu. Bəzi oyunçular heç irəli də getmirdi, bizə hücumların təşkili üçün boşluq vermirdilər.

Bu da komandamıza çətinlik yaradırdı. Belə vəziyyətdə ilk növbədə hücumçular təkbətək mübarizələrdə rəqibi keçməlidir. Cinahlardan da ötürmələr faydalı ola bilər. Bu gün belə ötürmələrimiz alınmırdı”. 

“Qəbələ”nin çalışdırıcısı rəqibin yaxşı müdafiə olunduğunu vurğulayıb:

“Həm də iki məcburi əvəzləmə etməli olduq. Matçın ilk 10 dəqiqəsində orta, hətta yaxın məsafədən zərbə vurmaq imkanlarımız olsa da, bunu etmədik. Fasilədə də bu barədə danışdıq. Rəqib 5 müdafiəçi ilə, sıx oynayanda belə zərbələr effektli olur. Amma ikinci hissədə belə imkanlar yaranmadı ki, zərbə endirək. Bu da bizim çatışmazlıq idi. 

“Zirə” çox yaxşı müdafiə olunurdu. Hücumlarımızın sonluğunda kəsər yox idi. Zərbələr, təkbətək mübarizədə keçmək və cinah ötürmələri belə müdafiəni yarmaq üçün vasitələrdir. Lakin biz bunlardan effektli yararlana bilmədik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail