"İnter"dən yubiley qələbəsi

12.09.2017 | 3280 dəfə oxunub

Bakının “İnter” klubu yubiley qələbəsini qazanıb. Stadium.Az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan çempionatlarında 250-ci dəfə 3 xal əldə edib. Bu, Premyer Liqanın IV turunun “Kəpəz”lə ev matçına təsadüf edib. “İnter Arena”da əldə olunan 3:2 hesablı qələbə bakılılar üçün 250-ci olub.

Bunadək 249 qələbəsi olan “İnter” öz meydanında 148-ci dəfə qalib gəldi. Digər 102 qələbə səfər matçlarına təsadüf edib.

Ölkə çempionatında 1999/2000 mövsümündə “Xəzər Universiteti” adı altında debüt edən paytaxt klubu ilk qələbəsini 1999-cu il noyabrın 21-də Sumqayıt “Xəzər”i ilə matçda qazanıb – 2:1. 2004-cü ildən “İnter” adı ilə çıxış edən klub 250 və daha çox qələbəsi olan 5-ci komandadır. Bunadək yalnız 4 komanda – “Neftçi”, “Qarabağ”, “Kəpəz” və “Turan” bunu bacarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail