Samir Abbasov: "Futbolçulara irad bildirməyə də utanırdım"

16.09.2017 | 3601 dəfə oxunub

“Sumqayıt” baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının V turunda səfərdə “İnter”lə (1:1) Oyundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Xeyli qol vəziyyətimiz olsa da, sönük oyun keçdi. Günəşin istisinə görüş salan adam fikirləşməldi ki, meydanda 22 nəfər oynayır. İsti olduğu üçün futbolçulara irad bildirməyə də utanırdım. Qol vurmaq üçün xeyli imkanımız olsa da, yararlana bilmədik və “İnter” həmişəki taktikasından istifadə edib fərqləndi. Heç-heçə ilə razı olsaq da, qələbə qazana biləcəyimiz oyun idi.

-Ümumiyyətlə, oyunun hansısa başqa saata keçirilməsi ilə bağlı PFL-ə müraciət etmişdinizmi?

-Xeyr, bu, ev sahibinin öhdəsinə düşən məsələdi. Hava normal futbol oynamağımıza imkan vermədi.

-Sağ cinahda taktiki dəyişiklik etdiniz və Cavid Tağıyevi ora atdınız...

- Sadəcə, həddindən artıq hücuma atıldıq, qol vurmaq istədik. Tural Axundov bir qədər çox irəli getdiyi üçün, mərkəz müdafiəçilərimizdən biri o mövqeni bağlamalı idi. Ümumiyyətlə, hansısa mövqenin zəif çıxış etməsindən narazı deyiləm. Ən böyük problemimiz qol imkanlarından yararlana bilməməkdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail