Əmrah Çəlikəl: " Problemləri qəbul edirik"

28.09.2017 | 5705 dəfə oxunub

“Təşkilatçılıq baxımından problemlərin yarandığını qəbul edirəm. Bunun da səbəbi təcrübəsizlik idi”.

Stadium.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib. 

O, dünən UEFA Çempionlar Liqasında keçirilən “Qarabağ” – “Roma” oyunundan sonra nəqliyyat və biletlə bağlı azarkeşlərin narazı qalmasına münasibət bildirib. Çəlikəl bütün problemləri ilk dəfə bu turnirə qatıldıqlarından və belə böyük stadionda xeyli sayda azarkeşin olmasından qaynaqlandığını deyib:

“Bütün narazılıqlardan xəbərimiz var. Bunlar hamısı ilk dəfə ÇL kimi böyük turnirdə oynadığımızdan qaynaqlanır. Azarkeş sayı da gördüyünüz kimi çox idi. Araşdırma aparırıq və bütün narazılıqları növbəti oyunda aradan qaldırmağa çalışacağıq”.

Klub rəsmisi oyundan sonra avtobusların “Qarabağ”ın Bakı Nəqliyyat Agentliyinə ödəniş etmədiyi üçün “yoxa çıxması” ilə bağlı iddialara da münasibət açıqlayıb: “Yox, bu düzgün informasiya deyil. Biz onlarla necə lazımdır ki, razılaşıb işləmişik. Sadəcə tərəfdarlara məlumat verərkən problemlər ortaya çıxıb. Bunu qəbul edirik. Gələn oyunlarda daha yaxşı təşkilatçılıq edəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail