Tərlan Əhmədov: "Bu gün hamıdan razı qaldım"

29.09.2017 | 5718 dəfə oxunub

"Sonuncu dəfə 6 ay əvvəl qələbə qazanmışdıq. Çalışdığımız qədər müdafiədəki propblemləri aradan götürmüşdük ki, səhvlər minumuma endirilsin. Yüksək səviyyədə oyun sərgilədik. Rəqibə təzyiq göstərmək istəyirdik, bu da alındı".

Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Təraln Əhmədov  Premyer Liqanın 7-ci turunda "İnter"ə qalib gəldikləri oyundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.

 
- Emin Mahmudovun çıxışı sizi qane etdi?

- Bu gün hamının oyunundan razıyam. Uzun müddətdi oynamırdı, optimal formadan uzaq idi. Amma millilərin oyunu ilə bağlı yaranmış fasilədə onun formaya düşməsinə çalışacam.
 
- Kiril Petrov oyun qaydalarından xəbərdar deyil? Topu çiləyib başı ilə qapıçıya ötürdü..

- Artıq yeni qaydalar var. Hər mövsümdən əvvəl Xaqani Məmmədovu dəvət edirdim ki, yeni qaydaları futbolçularıma izah etsin. Yeni qaydalar əsasən futbolçu topu başına atıb qapıçıya atmağı qadağandı. Futbolçunun niyə belə etdiyini bilmirəm, ola bilsin ki, qaydalardan xəbərdar deyildi. Qısa müddətdə hakim dəvət edəcəm ki, yeni qaydaları başa salsın.
 
- Çingiz Abdullayevlə, Orxan Hüseynzadə oyundan sonra paltardəyişmə otağına gəlib komandanı təbrik etdimi?

- Orxan Hüseynzadə və Elnur Eyvazov gəlib təbrik etdi. Çingiz bəydən xəbərim yoxdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail