Qurban Qurbanov: "Ağır oyun oldu"

01.10.2017 | 3743 dəfə oxunub

“Ağır oyun oldu. Topa istədiyimiz kimi sahib ola bilmirdik. Sona kimi mübarizə apardıq. Rəqib son ana kimi bizə rahat hərəkət etməyə imkan vermədi. Heyətdə çox dəyişiklik etmişdim. Bu oyunçular bir yerdə az çıxış ediblər. Ancaq onlardan razı qaldım. Ayxan Abbasova və komandasına gələcək oyunlarda uğurlar arzulayıram”.

Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 7-ci turunun “Zirə” ilə oyunundan sonra (0:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu gün komandasının real qol vəziyyəti yarada bilməməsinin səbəbi oyunçular arasında anlaşmanın yoxluğu olub: “Həm də bu, rəqibin oyunu ilə bağlı idi. Hər iki amil oyunumuza təsir etdi”.

Qurban Qurbanov millinin oyunlarına görə çempionatda yaranacaq fasilənin komandasıns təsir edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb: “Bu, yeni bir şey deyil. Həmişə olur. Əlimizdə 8-9 futbolçu qalacaq”. 

“Ötən il ilk dövrədən sonra iki məğlubiyyətiniz var idi. İndi isə yanız bir heç-heçəniz var. Bu, “Qarabağ”ın gücündən xəbər verir, yoxsa rəqiblərin zəifliyindən?” Q.Qurbanovun bu suala cavabı belə olub: “Sadəcə, bu il heyətdə yetərincə oyunçumuz var. Keçən il keçirdiyimiz oyunlarda da zəif təsir bağışlamamışdıq. Ola bilsin, bu il daha hazırlıyıq”.

Baş məşqçi “Zirə” ilə matçda zədələnərək meydanı erkən tərk edən futbolçuları Kuba (Yakub Jezniçak) ilə bağlı bunları söyləyib: “Onunla bağlı hər şeyə sabah aydınlıq gələcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail