"Qarabağ"ın ÇL-dəki oyunlarına nə qədər bilet satılıb? - rəsmi açıqlama

03.10.2017 | 5229 dəfə oxunub

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Atletiko” və “Çelsi” ilə oyunlarına 10 minə yaxın bilet satılıb.

 

Stadium.az xəbər verir ki, bu barədə biletlərin onlayn satışının təşkil edildiyi “İticket” şirkətinin icraçı direktoru Ziya Məmmədov “Marja”ya açıqlamasında bildirib. O, artıq “Atletiko” ilə qarşılaşma üçün 5 min, “Çelsi” ilə oyun üçün isə 4 min vauçerin satıldığını qeyd edib:

 

“Həm "Atletiko”, həm "Çelsi” ilə oyunlara vauçerlərin satışı başlanıb. Artıq "Atletiko” ilə oyun üçün satılan vauçerlərdən 5 mindən artığı biletə dəyişdirilib. "Çelsi” ilə görüş üçün isə 4 mindən çox vauçer satılıb. İnsanları indidən bilet almağa dəvət edirik. Bu halda onlar həm bizim, həm də öz işlərini asanlaşdırmış olacaqlar”.

 

 “Qarabağ” “Atletiko”nu oktyabrın 18-də, “Çelsi”ni isə noyabrın 22-də qəbul edəcək. Hər iki oyun Bakı Olimpiya stadionunda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail