Yarolim: " Son iki oyundan maksimum xal toplamaq istəyirik"

04.10.2017 | 5381 dəfə oxunub

Çexiya millisinin baş məşqçisi Karel Yarolim DÇ-2018-in seçmə mərhələsində millimizlə oyun öncəsi mətbuat konfransı keçirib.

- Komandamı sabahkı oyuna yaxşı hazırlaşdırmışam. Son 2 matçda maksimum xal qazanmaq istəyirik. Azərbaycan yığması haqda da maksimum məlumatlıyıq. Bilirik ki, rəqib kifayət qədər yaxşı oynayır. Azərbaycan millisinin müdafiə xətti güclüdür. Sabah onlar da qələbə qazanmaq üçün maksimum güc sərf edəcəklər. Rəqibin kombinasiyalı hücumlarının olduğundan da xəbərdarıq. Gücümüzü əsasən ikinci hissəyə yönəltmək fikrindəyik. Oyunun nəticəsinin necə olacağını indidən deyə bilmərik. Bizim üçün vacib matçdır.
 
- Bu cür qrupda cəmi 9 xal yığmaq Çexiya yığması üçün faciəvi nəticə deyilmi?

- Biz də istərdik ki, daha çox xal toplayaq. Amma nə etmək olar, belə alındı. İndi əsas məsələ odur ki, son 2 oyundan maksimum nəticə ilə ayrılaq. Azərbaycan və San Marino ilə görüşlərdə yaxşı oyun göstərməyə çalışacağıq.
 
- Müdafiə xəttində kimlərin yer alacağını açıqlaya bilərsiniz?

- Bu barədə məlumat vermək istəmirəm. Çünki hər an dəyişiklik ola bilər. İndi düşündüyüm heyət var. Amma sabah dəyişiklik baş verə bilər. Bu gün məşqimiz olacaq. Odur ki, hər şey mümkündür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail