Prosineçki: "Ona penalti vurmağa icazə vermərəm. Çünki ..."

04.10.2017 | 5455 dəfə oxunub

“Bizi sabah seçmə mərhələnin sonuncu ev oyunu gözləyir. Rəqibimiz güclü komandadı”.

 

Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununu sabah Çexiyaya qarşı keçirəcək.
 
Matçdan öncə keçirilən mətbuat konfransında xorvatiyalı çalışdırıcı bunları deyib: “Çexiya yığmasını analiz etmişik. Rəqibin futbolçuları texnikalı oyunçulardı, topla davranışları çox yaxşıdı. Bilirik ki, bizim üçün çətin oyun olacaq. Buna baxmayaraq, hədəf sonuncu ev görüşümüzü yaxşı keçirib, istədiyimiz nəticəni qazanamqdı”.
 
- Sabah millimiz penalti vurmaq hüququ qazansa, Rəşad Sadıqovun qol vurmasına şərait yaradacaqsızmı?
- 3 ildi ki, Azərbaycandayam. Mən gələndən kapitanımız Rəşad Sadıqov daim oynayıb. Millinin vacib üzvüdü. Mənim rəhbərliyim altında yığmada 100-cü oyununu keçirib. Əgər sabah penalti qazansaq, yaxşı olardı ki, Rəşad vurmasın. Ona icazə vermərəm. Niyə? Çünki birdən vura bilməz, onda necə olar?
 
- Dünya çempionatının final mərhələsinə çıxmaq şansınızın qalmaması sabahkı oyunöncəsi motivasiyanıza mənfi təsir edirmi?
- Komandamın və mənim motivasiyam həmişə yüksək olur. Bu, turnir cədvəlindəki mövqeyimizdən asılı deyil. Sabah seçmə mərhələdə sonuncu ev oyunumuza çıxacağıq. Azarkeşləri sevindirmək istəyirik. Bizi güclü rəqiblə görüş gözləyir. Çexiya yığmasının heyətində güclü futbolçular çıxış edir. Onlar Avropanın müxtəlif klublarında yer alıblar. Bu mənada, bizi çətin oyun gözlyir. Amma mən öz komandama, futbolçularıma güvənirəm.
 
- Milli karyerasını bitirən Rəşad Sadıqovun davamçısı qismində kimi görürsüz?
- Futbolçu həyatı belədi. Nə vaxtsa karyeranın sonu çatır. Rəşadın fikrincə, yığma karyerasını bitirməyinin vaxtı çatıb. Sadıqovun Azərbaycan futbolu üçün əziyyəti böyükdü. Suala gəlincə, növbəti oyunda Rəşadın mövqeyində kimin oynayacağını indidən konkret deyə bilmərəm. Təbii ki, bu haqda müzakirə aparacağıq.
 
- Sabahkı oyunda hansı heyətə güvənəcəksiz?
- İki zədəli futbolçumuz var. Əfsuslar olsun ki, sonuncu məşqdə Maksim Medvedev zədələndi. O, sabahkı və Almaniya ilə matçı buraxacaq. Digəri isə Araz Abdullayevdi, çünki klubundan zədəli gəlib. Heyətə gəlincə, qapıda Kamran Ağayev dayanacaq. Müdafiədə Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Rəşad Sadıqov və Pavel Paşayev yer alacaq. Yarımmüdafiədə Rahid Əmirquliyev, Cavid Hüseynov və Riçard Almeyda, ön xətdə isə Əfran İsmayılov, Ruslan Qurbanov və Dmitri Nazarov çıxış edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail