Ndlovu: "Tanrı döyüşçülərinə ən çətin tapşırıqları verir"

05.10.2017 | 6807 dəfə oxunub

"Qarabağ"ın və Cənubi Afrika Respublika millisinin hücumçusu Dino Ndlovu açıqlama verib. Stadium.Az xəbər verir ki, uzun müddət sonra yığmaya dəvət alan forvard fikirlərini bölüşüb:

"Millinin formasını geymək mənim üçün hər zaman şərəfdir. Əgər DÇ-2018-in final mərhələsinə yüksələcəyimizə inanmırıqsa, Burkina-Fasoya qarşı oynamaq mənasız olardı. Milliyə dəvət alan oyunçularla nəticə qazanmaq mümkündür. Mən Allaha çox inanıram. Tanrı döyüşçülərinə ən çətin tapşırıqları verir. Əgər siz futbolçusunuzsa, hər zaman təzyiq altına olacaqsınız. Fərqi yoxdur, Mozambikdə oyna, ya da Azərbaycanda. Hamı yumru topun arxasınca qaçır. Çempionlar Liqasındakı çıxışımın mənə faydası çox böyük oldu. "Qarabağ"dakı çıxışımın mənə faydası çox oldu. Baksterlə də telefonla danışmışdıq. Mənə dəvət göndərəcəyini söyləmişdi. Milli komanda tək mənim, oyunçuların deyil, bütün xalqındı. Biz də uğurla çıxış etmək istəyirik. Qalib gələrək şanslarımızı artırmaq istəyirik".

Ndlovu Azərbaycan və Cənubi Afrika çempionatını müqayisə edib: “Hər kəs Azərbaycan və mənim ölkəmin liqası haqqında soruşur. Cənubi Afrika çempionatı Azərbaycan Premyer Liqasından bir qədər yüksəkdədir. Çünki orada cəmi 8 komanda var. CAR-da isə 16 komanda çempionluq üçün mübarizə aparır. Buna baxmayaraq futbol hər zaman futboldur. Harda oynamağından asılı olmayaraq”.

CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib. Dino yığmada son görüşünü 2012-ci ildə Braziliyaya qarşı keçirib.

CAR DÇ-2018-in seçmə mərhələsində oktyabrın 7-də Burkina Faso ilə qarşılşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail