Çexiya mətbuatı AFFA-nın siyasətin tənqid edib
Azərbaycan millisi bu gün DÇ – 2018-in seçmə mərhələsində Çexiyanı qəbul edəcək. Stadium.Az xəbər verir ki, oyun ərəfəsində Çexiya saytlarının birində ölkəmizdəki milliləşdirmə siyasəti ilə bağlı yazı dərc olunub.
“Dili bilmirsən? Vacib deyil. Bizim üçün futbol oynaya bilərsən. Braziliyalı indi Azərbaycana məxsusdur” sərlövhəli məqalədə milliləşdirilmiş futbolçular – Riçard Almeyda və Renat Dadaşov haqqında danışılıb.
Yazıda qeyd olunur ki, hər hansı futbolçunun dili bilməməsi, Azərbaycana bağlılığının olmaması ölkədə əhəmiyyət daşımır. O, futbol oynaya bilirsə, ölkənin yığmasına cəlb olunması problem deyil. Almeydanın Azərbaycana ilk gəlişi, “Qarabağ”la ardıcıl çempionluqlar yaşamasından sonra yığmaya cəlb olunduğunu diqqətə çatdıran çexiyalı həmkarlarımız onun son 3 matçda 90 dəqiqə əvəzlənməməsini qabardıblar. Riçardla bağlı Robert Prosineçkinin fikirlərinə də yer verilib: “İnanılmaz dərəcədə ağıllıdı. Oyunu, topu əla hiss edir. Milli komanda ilə yanaşı “Qarabağ”ın da düşünən beynidir”.
Məqalənin Almeyda ilə bağlı hissəsində onun formasını geyindiyi “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində çexiyalı futbolçu Mixael Lüftnerin formasını geyindiyi Danimarka “Koebenhavn”ini yarışdan kənarlaşdıraraq, ölkə futbolu tarixində ilk dəfə qrupa vəsiqə qazandığı qeyd olunub.
Yazının ikinci hissəsində isə Renat Dadaşovun Almaniyanı Azərbaycana dəyişməsindən bəs edilib. Çexiyalı jurnalistlər onun Almaniyanın aşağı yaş komandalarından sonra birdən öz qərarını dəyişib vaxtilə böyük qardaşı (Rüfət Dadaşov – red.) kimi Azərbaycan yığmasını seçdiyini qeyd ediblər. Renatın açıqlamasına da yer verilən məqalədə “Bild” qəzetinə istinadla bu keçidin vətənpərvərlikdən artıq maliyyə məsələsiylə əlaqədar olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan tərəfi Dadaşovu təxminən 1 milyon avroya fikrini dəyişməyə sövq edə bilib. Bu, onun bir vaxtlar “Eintracht”ı onqat maaşa “Leipsig”ə dəyişməsiylə əlaqələndirilib. Bununla belə çexiyalı həmkarlarımız Renat kimi futbolçuların hesabına Azərbaycanda futbolun inkişaf edə biləcəyini qeyd ediblər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |