Nadir Qasımov təhqirə görə sərt cəza aldı

13.12.2011 | 6874 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən çempionatın və I Divizionun ötən turunda baş vermiş hadisələr müzakirə edilib.

Əvəzedicilərin çempionatının son turunun “Neftçi” – AZAL matçının 47-ci dəqiqəsində AZAL-ın futbolçusu Orxan Səfiyaroğlu simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

Birinci divizionun 14-cü turunun “Şuşa” – “Qaradağ Lökbatan” matçının 75-ci dəqiqəsində “Şuşa”nın baş məşqçisi Nadir Qasımov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.

“Lokomotiv” – MOİK matçının 56-cı dəqiqəsində MOİK-in futbolçusu Vüqar Əsgərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Muğan” – “Göyəzən” matçının 22-ci dəqiqəsində “Muğan”ın futbolçusu Rüstəm Babazarov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.

“Şahdağ” – “Şəmkir” matçının 90+3-cü dəqiqəsində “Şəmkir” klubunun baş məşqçisi Anar Kələntərov texniki zona qaydalarını pozduğuna görə 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail