"Zirə" və "Qarabağ"ın uğurlu oyunlarına son

24.10.2017 | 5605 dəfə oxunub

Azərbaycan Premyer Liqasının ilk 8 turunu məğlubiyyətsiz arxada qoyan hər iki komanda həftəsonu keçirilən görüşlərdə seriyasının qırılmasına üzülüb.

Stadium.Az xəbər verir ki, IX turadək ilk 2 pillədə qərarlaşan və "qardaş komandalar" olan “Qarabağ”la “Zirə” səfər görüşlərində uduzmaqla mövsümdə ilk məğlubiyyətini alıb.

Sumqayıtda meydan sahiblərinə 1:2 hesabı ilə yenilən zirəlilər 14 matçlıq seriyanı davam etdirə bilməyib. Ayxan Abbasovun yetirmələri sonuncu dəfə 222 gün öncə uduzmuşdu. Bu il martın 13-də səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqdan sonra bakılılar ötən mövsümün 6, cari mövsümün 8 matçından xalsız ayrılmamışdı.

“Qəbələ”yə rəqib meydanında 0:1 hesabı ilə uduzan “Qarabağ”ın seriyası daha uzun sürüb. Ötən mövsüm son 8, cari mövsümdə isə 7 qarşılaşmada uduzmayan Qurban Qurbanovun yetirmələri 15 matçlıq seriya ilə vidalaşıb. 236 gündən sonra xalsız qalan ağdamlılar sonuncu dəfə fevralın 28-də “İnter”lə ev oyununda yenilmişdi – 0:1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail