Samir Əliyev: "Qarabağ" bizə imkan vermədi"

28.10.2017 | 6802 dəfə oxunub

"Qarabağ"ı təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. İlk hissədə daha yaxşı oynadıq. “Birinci hissədə, rəqib 11 nəfər olanda daha yaxşı oynadıq. Bir topumuz dirəkdən qayıtdı. Rəqib azlıqda qaldıqdan sonra daha yaxşı nəticə qazanacağımızı gözləyirdik. Ancaq “Qarabağ” ikinci hissədə daha çox təzyiq etdi. Bunun da nəticəsində məğlub olduq”.


Stadium.az xəbər verir ki, bu sözləri "Səbail”in baş məşqçisi Samir Əliyev Premyer Liqanın 10-cu turunda "Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.


O bildirib ki, "Qarabağ” səviyyə baxımından üstün olduğu üçün qalib gəlib: "Azlıqda qalsalar da, rəqib bizdən üstündür. Düzdür, elə də çox imkanları olmadı. Lakin istədiklərini edirdilər. Ustalıq amilini qeyd edərdim. Rəqib hücumların çoxunu sol cinahdan qurur. Ansi Aqolli çıxdıqdan sonra Riçard Almeyda oradan oynadı. Qol sol cinahdan vurulmasa da, oranı bağlaya bilmədik. Konfransa gec gəlməyim bəzi futbolçulara iradımı bildirməklə bağlı idi. Səhvlərini söylədim”.


Əliyev  "Səbail”n qorxaq futbol oynaması ilə razılaşmadığını deyib: "Rəqib bizə imkan vermədi. Bu gün “Qarabağ”la “Səbail”i müqayisə etmək düzgün deyil. Gənc heyətimiz var. Yəqin ki, oyundan-oyuna irəliləyəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail