"Bunu tək mən yox, bütün rəhbərlik düşünməlidir"

29.10.2017 | 4433 dəfə oxunub

“Matça pis başladıq. Qol vurandan sonra ümidlənmişdik. Ancaq son dəqiqələrdə qapıçımızın səhvindən qol buraxıb uduzduq. Mehdi Cənnətovla bağlı çox danışırdılar. Fərhad kimi qapıçı da səhvə yol verdi”.


Stadium.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 10-cu turunda “Neftçi”yə uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.


“Neftçi”dən məğlubiyyətin əvəzini çıxacaqlarını deyən baş məşqçi hakimlik haqda da danışıb: “Dünya dağılmayıb. Bu komanda ilə hələ iki oyunumuz da var. Bunun əvəzini çıxmağa çalışacaqğıq.


Oyundan sonra hakimə dedim ki, komandam sırf Azərbaycan uşaqlarından ibarətdir. Belə şeyləri nəzərə almaq lazımdır”.


Heyətlə bağlı problemlərinin olduğunu deyən Abasov klub rəhbərliyinə də mesaj göndərib:“Təcübəli oyunçularımız var. Avrokuboklar haqda indidən danışmaq lazım deyil. Hələ bilmək olmaz. Sona qədər əlimizdən gələni edəcəyik ki, avrokuboklara vəsiqə qazanaq. Vuruşacağıq. Heyət problemləri bizi narahat edir. Tək mən yox, bütün rəhbərlik bunu düşünməlidir. Ehtiyat skamyamız çox kasaddır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail