"Neftçi"nin 197 gün gözlədiyi qələbə

30.10.2017 | 3587 dəfə oxunub

“Neftçi”nin ev oyunlarındakı qələbə həsrəti sona çatıb. Stadium.az xəbər verir ki, paytaxt klubu Premyer Liqadakı uğursuz seriyanı X turda qırıb. “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən bakılılar 197 gündən sonra doğma azarkeşləri önündə 3 xal qazanıb.

Mövsümdə ilk dəfə öz meydanında qalib gələn “ağ-qaralar”ın son uğuru aprelin 15-də qeydə alınmışdı. AZAL-ı 4:0 hesabı ilə məğlub edən “Neftçi” sonrakı 4 ev oyununda uğursuzluq zolağına düşmüşdü. “Qarabağ”a ötən mövsümün sonunda 1:2, cari çempionatın startında 1:3 hesabı ilə uduzan “ağ-qaralar” “Kəpəz”lə qolsuz heç-heçə edib, “Zirə”yə də yenilmişdi – 1:2.

Qeyd edək ki, öz meydanındakı 4 oyunluq qələbəsizliyə son qoyan paytaxt klubu ümumilikdə ardıcıl 4-cü dəfə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail