Namiq Yusifov: "Nə qədər çətin olsa da, ən yaxşısını etməliyik"

15.12.2011 | 6883 dəfə oxunub

"Qarabağ" sabah Premyer Liqanın debütantı "Rəvan"la qarşılaşacaq. Stadium.az xəbər verir ki, cari ildə sonuncu dəfə ev oyununa çıxacaq Ağdam klubu qələbə qazanaraq doğma arenanı sevindirmək istəyir.

Premyer Liqanın ilk dövrəsindəki oyunda "Qarabağ" hesabda öndə olsa da, son dəqiqədə buraxdığı qolla qələbəni əldən vermişdi. Sabah komandanı yenidən çətin sınaq gözləyir. "Qarabağ"ın dayaq yarımmüdafiəçisi Namiq Yusifov "Rəvan"la oyunu klubun rəsmi saytına açıqlamasında belə dəyərləndirib:

"Rəvan"la oyun çox çətin olacaq. Komandanın başına Vladislav Qədirov keçdikdən sonra cəmi 1-2 dəfə uduzublar. Hər oyunda xoş təsir bağışlayırlar. Bizə qarşı da xüsusi hazırlaşacaqlar. "Rəvan" çempionatın ən maraqlı komandalarından biridir. Amma buna baxmayaraq biz də 3 xala köklənmişik. Son zamanlar evdə uğursuz oynayırırq. Düzdür, kubokda “Sumqayıt Şəhər” üzərində böyükhesablı qələbə qazandıq. Amma çempionatda son 2 oyunda qələbə qazana bilməmişik. Ona görə də  bu dəfə çiynimizə ağır yük düşür. İlk oyunda "Rəvan"a qarşı çox yaxşı oynamışdıq. Çoxsaylı qol imkanlarımız olmuşdu. Amma rəqib kiçik şansından istifadə etdi. Deməzdim ki, həmin an diqqətsizlik etdik. Amma bu, futboldur. Hər şeyə hazır olmaq lazımdır. İnanıram ki, bu dəfə xətaya yol verməyəcəyik. Azarkeşlərimizi stadiona bizi dəstəkləməyə dəvət edirəm. "Rəvan"la oyun nə qədər çətin olsa da, ən yaxşısını etməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail