"Renat Azərbaycan millisini seçibsə..." - Almaniyalı məşqçi

10.11.2017 | 3847 dəfə oxunub

Almaniyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Stefan Kuntz Avro-2019-un seçmə mərhələsində səfərdə yığmamıza 7:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.


-İlk oyunda böyükhesablı qələbə qazansaq da, oyuna yaxşı hazırlaşmışdıq. Azərbaycanın yaxşı oyun sərgiləməməsi üçün hər şey etdik. Sözsüz ki, erkən qol vurduğumuz üçün çox sevindim. Rəqib top saxlamaq istəsə də, buna imkan vermədik. Ümumilikdə komandamdan razıyam. Bu tempi qarşıdakı oyunlarda da saxlamalıyıq.


- Vaxtı ilə millimizin baş məşqçisi olan Berti Foqts Azərbaycanı şahmat ölkəsi kimi təqdim edirdi. Bəs siz 2 oyuna 13 qol vurduğunuz ölkə haqda nə deyə bilərsiniz?

- Mən şahmat oynaya bilmirəm, ölkənizdə necə şahmatçılar olduğundan xəbərsizəm. Hər bir rəqibə hörmətlə yanaşıram, həmçinin də Azərbaycana. Ona görə Azərbaycanın oyunu barədə heç nə deyə bilmərəm.


- İlk oyunda böyükhesablı qələbə qazanmışdınız. Futbolçuları cavab görüşünə kökləmək çətin olmadı?

- Komandamızda peşəkar futbolçular var. Dahud və Amiri Çempionlar Liqasında oynamış futbolçulardı. Onlar 80 min azarkeş qarşısında oynaya biliblərsə, deməli, 100 nəfər azarkeş önündə də peşəkarcasına oynamalı idilər.


- Necə düşünürsünüz, Almaniyanın 17 yaşlılardan ibarət komandasının sabiq üzvü Renat Dadaşov Azərbaycan millisini seçməkdə tələsməyib?

- Renat barədə məlumatım azdır. Onun haqda əvvəlki baş məşqçi daha dəqiq məlumat verə bilər. Renat Azərbaycan millisini seçibsə, onun fikrinə hörmətlə yanaşmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail