UEFA Pedro Enrikenin cəzasını açıqladı

17.11.2017 | 4947 dəfə oxunub

UEFA İntizam Komitəsi "Qarabağ" klubunun futbolçusu Pedro Enrikeni 2 oyunluq cəzalandırıb.

Qurumun Media və İctimaiyyətlə Əlaqələr Departamentindən  verilən məlumata görə, səbəb braziliyalı legionerin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda İspaniya "Atletiko"su ilə səfər matçında birbaşa qırmızı vərəqə almasıdır.

İntizam Kodeksinin 15-ci maddəsini rəhbər tutan Avropa futbol qurumu 27 yaşlı yarımmüdafiəçini qrup mərhələsindəki qalan oyunlardan diskvalifikasiya edib. Bu isə o deməkdir ki, "sambaçı" "Qarabağ"ın noyabrın 22-də Bakıda İngiltərənin "Çelsi", dekabrın 5-də isə İtaliya paytaxtında "Roma" ilə keçirəcəyi görüşlərdən kənarda qalacaq.

Qeyd edək ki, Pedro Enrike Madriddə keçirilmiş oyunun 59-cu dəqiqəsində "Atletiko"nun müdafiəçisi Dieqo Qodinin sifətinə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb. 1:1 hesabı ilə yekunlaşan matçda meydan sahiblərinin futbolçusu Stefan Saviç də qırmızı vərəqə alıb. Lakin o, 88-ci dəqiqədə ikinci “sarı” ilə komandasını azlıqda qoyub. Braziliyalı oyunçu "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifidir. O, sentyabrın 27-də Bakıda "Roma" ilə II tur matçında fərqlənib. Lakin Azərbaycan komandası görüşü məğlubiyyətlə başa vurub - 1:2 (report.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail