Donald Gerye: "Əminəm ki, elə penalti "Çelsi"nin qapısına heç vaxt verilməzdi"

23.11.2017 | 6794 dəfə oxunub

“Məğlubiyyət xoşagəlməz oldu, hakimlər bu görüşdə bizi "öldürdülər". Nə baş verdiyini qəbul edə bilmirəm. Hakim penaltini nəyə əsasən verdi? Mən orada qayda pozuntusu görmədim. Hakim bizə haqsızlıq etdi. Əminəm ki, bu cür penalti “Çelsi”nin qapısına heç vaxt verilməzdi”.

Stadium.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

Görüşün baş hakimi Manuel de Souzanın idarəçiliyindən narazılığını gizlətməyən haitili futbolçu rəqib futbolçularla forma dəyişdirməməsinin səbəbini də açıqlayıb:  “Final fitindən sonra elə pis olmuşdum ki, heç kəslə epizodu müzakirə eləmədim. Hətta “Çelsi”nin futbolçuları ilə formamı belə dəyişmədim. Ümumiyyətlə, məğlubiyyətdən sonra belə şeylər etməyi xoşlamıram. Fərqi yoxdur, “Çelsi” ilə oynamışıq, yaxud bir başqa klubla”.

Geryenin fikrincə, artıq “Roma” ilə oyunu düşünmək lazımdır: “Artıq hər şey geridə qaldı. Bu oyunu unudub, qarşıdakı matçalara hazırlaşmaq lazımdır. Qrupdakı son oyunumuzu “Roma”ya qarşı keçirəcəyik. Səfərdə oynayacağıq və heyətdə kifayət qədər itkilərimiz var. Çətin olacaq, amma yaxşı oyun göstərmək üçün əlimizdən gələni edəcəyik”.

Rəşad Sadıqovun qırmızı vərəqə alıb meydandan qovulmasından sonra müdafiədə oynamağa məcbur qaldığını bildirən yarımmüdafiəçi bu mövqedə çıxış etməyin onun üçün çətin olduğunu etiraf edib: “Öz oyunumdan razı qalmadım. Baş məşqçi məni məcburiyyətdən müdafiəyə çəkdi. Orada oynamağa məcbur idim. Ancaq mən hücumameylli futbolçuytam və ön xətdə oynamaq mənə daha rahatdır. Ancaq lazım gələndə hər mövqedə oynamalısan. Müdafiədə sonuncu dəfə 19-20 yaşlarımda oynamışam. Ona görə də mənə çətin idi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail