"Barselona" Messini dünyanın ən bahalı futbolçusu edib

28.11.2017 | 5179 dəfə oxunub

“Barselona” ilə yeni müqavilə imzalayan Lionel Messinin məvacibi müəyyənləşib. Stadium.Az xəbər verir ki, argentinalı dünyanın ən çox maaş alan futbolçusuna çevrilib.

Yeni anlaşmaya əsasən, 2021-ci ilə qədər Kataloniya klubuna məxsus olan 31 yaşlı superulduzun illik məvacibi 43 milyon avro təşkil edəcək. Bundan əlavə, hücumçu müqavilə pulu kimi də 50 milyon əldə edəcək.

Leo bununla ən çox maaş alan həmyerlisi Karlos Tevezi qabaqlayıb. Karyerasını Çində davam etdirən Tevezi isə yayda PSJ-nin yolunu tutan Neymar izləyir.

Ən çox maaş alan futbolçuların siyahısına nəzər yetirdikdə, ilk “onluq”da qərarlaşanlardan yarısının Çində oynadığı görünür.

Ən çox maaş alan futbolçular:

1. Lionel Messi – “Barselona”
Maaşı: 43 milyon avro + 50 milyon avro müqavilə pulu

2. Karlos Tevez – “Şanxay Şenxua”
Maaşı: 38 milyon avro

3. Neymar - PSJ
Maaşı: 36 milyon avro

4. Kriştianu Ronaldo – “Real” 
Maaşı: 34 milyon avro

5. Oskar – “Şanxay SİPG”
Maaşı: 24 milyon avro

6. Qaret Beyl – “Real”
Maaşı: 23 milyon avro

7. Ezekyel Lavezzi – “Hebey Çayna Fortun”
Maaşı: 23 milyon avro

8. Halk – “Şanxay SİPG”
Maaşı: 20 milyon avro

9. Pol Poqba – “Mançester Yunayted”
Maaşı: 17 milyon avro

10. Qratsiano Pelle – “Şandun Lunen”
Maaşı: 15 milyon avro

Müqaviləyə əlavə edilmiş bəndə əsasən, Lionel Messinin sərbəst qalma məbləği 700 milyon avrodu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail