"Xəzər Lənkəran"ın prezidenti azarkeşlərlə görüşdü

18.12.2011 | 5240 dəfə oxunub

Bu yaxınlarda bir qrup ziyalı “Xəzər Lənkəran” azarkeşi klub prezidenti Mais Mənsimovla görüş barədə müraciət etmişdilər. Stadium.az xəbər verir ki, bu müraciəti qəbul edən klub prezidenti yaşlı azarkeşlərlə görüşüb.
 
Görüş zamanı ziyalı azarkeşlərlə fikir mübadiləsi aparılıb. Hazırda klubda olan vəziyyət hər tərəfli müzakirə edilib. Təcrübəli azarkeşlər bu gün “Xəzər”sevərləri narahat edən məsələləri dilə gətiriblər. Klub prezidenti azarkeşlərin hər zaman klubun yanında olmasının vacibliyini bildirməklə, onların dəstəyinin komandanın göstərdiyi nəticələrdən asılı omayaraq əhəmiyyətli olduğunu nəzərə çatdırıb.
 
Mənsimov ziyalıların müxtəlif məsələlər barədə fikirlərini diqqətlə dinləyərək klub üçün azarkeş mövqeyini vacibliyini də bildirib. Həm klub prezidenti, həm ziyalılar belə görüşlərin tez-tez keçirilməsinin faydalı olduğunu söyləyiblər. Klubun daxilinə aid olan müəyyən məsələlərin mətbuata açıqlanması mümkün olmadıqda, məhz azarkeşlərlə görüş vasitəsilə qaranlıq məqamlara aydınlıq gətirilməsinin ən yaxşı yol olduğu qeyd olunub.
 
“Xəzər Lənkəran” prezidenti klubla azarkeşlərin birliyini ön plana çəkərək, bu istiqamətdə ”Xəzər”sevərlərin istək və təkliflərinə həmişə diqqətlə yanaşıldığını və bundan sonra da yanaşılacağını bildirdi. Keçirilən görüşdən məmnun qaldıqlarını bildirən ziyalı azarkeşlər də kluba hər zaman bacardıqları dəstəyi verməyə hazır olduqlarını klub prezidentinin diqqətinə çatdırıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail