"Keşlə"nin futbolçusu: "Bəli, həqiqətən belə bir şey olub"

30.11.2017 | 5805 dəfə oxunub

“Baş verənlərdən xəbərim var. Amma bu barədə dəqiq söz deyə bilmərəm”. Stadium.Az xəbər verir ki, bu sözləri “Keşlə”nin müdafiəçisi Adrian Skarlatake deyib.

Danışılmış oyunda şübhəli bilinərək həbs olunan sabiq komanda yoldaşları – Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı səslənən ittihamlara münasibət bildirən rumıniyalı futbolçu oyun satmaqla bağlı ona təklif olmadığını söyləyib:

“Oyun satmağı kimsə mənə təklif etməyib. Bəlkə də digər futbolçulara bunu təklif ediblər. Amma mənə heç nə deyilməyib. Ola bilsin, məndən çəkindikləri üçün belə ediblər. Çünki mənim xarakterimi bilirlər. Həyatımda heç vaxt belə şeyə getmərəm”.

Skarlatake son vaxtlar bəzi futbolçuların yalandan zədəli olduğunu bəhanə edərək, oyuna çıxmamaları haqda dolaşan söz-söhbətlərə də aydınlıq gətirib: “Bəli, həqiqətən belə bir şey olub. Nə deyəcəyimi bilmirəm. Bəlkə də buna görə indi çempionatda bu vəziyyətdəyik. Bu cür problemlərimiz var imiş”. (qol.az)

Premyer Liqanın son 4-5 oyununda şübhəli bilinən Nizami Hacıyev və Mirhüseyn Seyidov saxlanılıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail