"Qəbələ" - "Keşlə": 42-ci duel

03.12.2017 | 6381 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq. Mövsümün ilk yarısının son turunda “Qəbələ” “Keşlə” ilə görüşəcək. “Qırmızı-qaralar” paytaxt təmsilçisini öz meydanında qəbul edəcək.

Bu, rəqiblərin tarix ərzində 42-ci, “İnter” adını “Keşlə”yə dəyişdikdən sonra ilk rəsmi dueli olacaq. Ümumilikdə isə rəqiblərin ilk qarşılaşması 11 il əvvələ - 2006/07 mövsümünə təsadüf edib. 11 il ərzində komandalar 41 dəfə üz-üzə gəliblər. Hesabında 13 qələbə olan “Qəbələ” eyni sayda bərabərliklə kifayətlənib. 15 matçda isə Bakı təmsilçisi qalib gəlib. Top fərqində də paytaxt təmsilçisi öndədir – 55:42.


Keçirilən 41 qarşılaşmadan 37-si çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqa oyunlarında 10 qələbə qazanan “qırmızı-qaralar” 13 heç-heçə edib və 14 dəfə uduzub. 35 top keçirən “Qəbələ” qapısından 49 qol buraxıb.
“Keşlə”ni qəbul edəcək “Qəbələ” öz meydanında 20 dəfə bu rəqiblə qarşılaşıb. Bu matçların 7-də meydan sahibləri qalib gəlibsə, 8 heç-heçə qeydə alınıb. “Qırmızı-qaralar” öz meydanında 5 dəfə məğlubiyyətə üzülüb. Top fərqində də komandamız üstündür – 22:20.
“Qəbələ” – “Keşlə” qarşılaşmalarında 97 qol vurulub ki, sabah qeydə alınacaq 3-cü top duellərdəki yubiley -100-cü olacaq. Əvvəlki 41 matçın ən məhsuldar oyunçusu Daniel Subotiçdir. O, 5 dəfə fərqlənib. “Qəbələ” ümumilikdə son 10 oyunda rəqibinə məğlub olmayıb. Bu müddətdə 6 qələbə və 4 heç-heçəsi olan “qırmızı-qaralar” 2017-ci ilə təsadüf edən son 5 görüşdə qalib gəlib. Bu 5 matçda komandamız 2 və ya daha çox qol vurub.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Keşlə” qarşılaşması saat 16:00-da başlayacaq.
 
2006/07 mövsümü
 
05.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - İnter (Bakı) - 0:0
 
12.02.2007. Premyer Liqa. İnter (Bakı) - Gilan (Qəbələ) - 2:0
Daniel Axtyamov, 57, 61
 
2007/08 mövsümü
 
02.12.2007. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1
Vitali Balamestnı, 10, 47 – Nizami Hacıyev, 65
 
28.05.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0
Roman Qoela, 22, Xaqani Məmmədov, 35, Mahmud Qurbanov, 44, Petar Zlatinov, 75
 
2008/09 mövsümü
 
30.08.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1
Valter Quqlemon, 85 - Tyaqu da Silva, 23
 
07.03.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1
Valter Quqlemon, 32
 
29.04.2009. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 5:0
Valter Quqlemon, 5, 12 - pen., Petar Zlatinov, 8, Danildo Assioli, 60, İvan Testimitianu, 76
 
06.05.2009. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0
Kənan Kərimov, 40, Azər Bağırov, 87
 
2009/10 mövsümü
 
26.09.2009. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 3:2
Vladimir Levin, 68, Da Silva Rocha Leonardo, 88, Girts Karlsons, 90 - İqor Melnik, 36, Kristian Torres, 69
 
24.12.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1
Petar Zlatinov, 87
 
10.04.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
Kənan Kərimov, 90 (p.) - Robertas Poşkus, 61 (p.)
 
15.05.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:1
Petar Zlatinov, 16 (p.), Robertas Poşkus, 40, 47, 67 - Tomaş Stolpa, 90+1
 
2010/11 mövsümü
 
19.09.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1
Rövşən Əmiraslanov, 35
 
13.11.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0
 
2011/12 mövsümü
 
23.10.2011. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1
Danildo Assioli, 20 (p.) - Deon Barton, 58 (p.)
 
11.12.2011. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0
 
24.03.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1
Yannik Kamanan, 60, Deon Burton, 83 - Nizami Hacıyev, 76
 
22.04.2012. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1
Nizami Hacıyev, 25,  İbrahima Niasse, 31 - Luiz Paulo Hillario, 8
 
2012/13 mövsümü
 
10.08.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:0
Leurival Rodrigez, 14
 
17.02.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1
Arif Daşdəmirov, 7, Samir Zərgərov, 73 - Yannik Kamanan, 23
 
13.03.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:2
Viktor Mendi, 62 - Asif Məmmədov, 26, Yuri Fomenko, 29
 
19.05.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:0
Ramil Mansurov, 87
 
2013/14 mövsümü
 
11.08.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 3:2
Leonardo da Silva, 54-p., Vladimir Levin, 70, İbrahima Niasse, 83 - Slavço Georgiyevski, 20, Vaqif Cavadov, 90
 
19.10.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1
Daniel Subotiç, 45+1
 
23.03.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:4
Viktor Mendi, 89 - Baçana Sxadadze, 14, Mikel Alvaro, 46, 54, Matija Spiçiç 57
 
12.05.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0
 
2014/15 mövsümü
 
10.08.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0
Aleksandr Amisulaşvili, 9, Mikel Alvaro, 15, 71, Məhəmməd Mirzəbəyov, 19 
 
21.12.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
Dodo, 38 - Məhəmməd Mirzəbəyov, 67
 
18.03.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:2
Aleksandr Amisulaşvili, 74 - Aleksey Qay, 40, Ruslan Abışov, 90+1
 
16.05.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
Aleksey Qay, 5 - Asif Məmmədov, 27
 
2015/16 mövsümü
 
12.09.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1
Dieqo Martins, 10, 29 -  Aleksey Antonov, 84
 
09.11.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
Aleksey Antonov, 30 -  Dieqo Martins, 35
 
07.02.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1
Ermin Zets, 18
 
03.04.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0
 
2016/17 mövsümü
 
12.08.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0
 
15.10.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1
Ağabala Ramazanov, 48 // Sergey Zenyov, 69
 
04.03.2017. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:2
Tellur Mütəllimov, 71; Daniel Subotiç, 82
 
30.03.2017. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 1:3
Adrian Skarlatake, 18 // Daniel Subotiç, 14 (p.), 47; Filip Ozobiç,88 (p.)
 
05.04.2017. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0
Daniel Subotiç, 12; Baqali Dabo, 33 
 
24.04.2017. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 4:3
Rikardinyo, 14; Sergey Zenyov, 26; Adrian Skarlatake, 33 (ö.q); Tellur Mütəllimov, 90+1 // Rauf Əliyev, 3, 78 Elnur Abdullayev, 72

2017/18 mövsümü

12.08.2017. Premyer Liqa. İnter (Bakı) – Qəbələ – 1:2
Pərdis Fərcad-Azad, 71 // Elvin Məmmədov, 13; Filip Ozobiç, 23 (p.)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail