"Xəzər Lənkəran"ın tarixində 44-cü böyükhesablı qələbə

19.12.2011 | 6294 dəfə oxunub

Premyer Liqanın XVII turunun “Kəpəz”lə oyununda əldə olunan böyük hesablı qələbə “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçer üçün əlamətdar olub.

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis komandanın “sükanı arxasında” ilk qələbəsini qazanıb. Buna postundakı ikinci qarşılaşmada nail olan Biçər darmadağına səfərdə sevinib – 4:1.

"Xəzər Lənkəran" sonuncu belə qələbəsini bu il avqustun 14-də səfərdə AZAL üzərində qazanmışdı. 124 gün əvvəl yaşanan həmin qələbə 3:0 hesabı ilə qeydə alınıb. Elə II turda qeydə alınan son darmadağın da bu dəfəki kimi səfərdə baş tutub.

İlk qələbəsini böyük hesabla qazanan çalışdırıcı “Xəzər Lənkəran”ın baş məşqçisi kimi böyükhesablı qələbə əldə edən mütəxəssislər siyahısına daxil olub. Bu göstəricidə mütləq rekord Ağasəlim Mircavadova məxsusdur. Onun rəhbərliyi altında 21 böyük hesablı qələbə qazanılıb.


1. Ağasəlim Mircavadov - 21 (çempionatda 16 + kubokda 5)
2. Rasim Kara – 12 (10+2)
3. Mirça Rednik – 4 (3+1)
4. İqor Ponomaryov – 3 (3+0)
5. Nazim Süleymanov – 2 (0+2)
6. Viktor Pasulko – 1 (1+0)
7. Cüneyt Bişer – 1 (1+0)
 

Ümumilikdə isə “Kəpəz” üzərində qələbə “Xəzər Lənkəran”ın tarixində 44-cü böyükhesablı qələbə olub. Bunların 33-ü ölkə çempionat, 11-i kubokda qeydə alınıb. Premyer Liqada çıxış etdiyi 8 mövsüm ərzində “Xəzər Lənkəran” hər çempionatda ən azı 1 dəfə buna nail olub.
 

2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 2
2011/12 - 2
Cəmi - 33
 

Azərbaycan kubokunda isə 2004/05, 2009/10 və 2010/11 mövsümlərində darmadağın sevinci yaşanmayıb.

2005/06 – 2
2006/07 – 3
2007/08 – 3
2008/09 – 2
2011/12 – 1
Cəmi - 11




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail