Əvvəl AFFA qovdu, sonra "Neftçi"

06.12.2017 | 4687 dəfə oxunub

"Neftçi" klubun məşqçi-metodisti Ağakişi Mehdizadənin oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı rəsmi saytı vasitəsi ilə bəyanat yayıb.

Stadium.Az xəbər evrir ki, bəyanatda Ağakişi Mehdizadənin komandadan göndərildiyi bildirilib:

Son günlər haqlı olaraq böyük narazılıqla qarşılanan Topaz Premyer Liqasının bəzi oyunlarının nəticələrinin manipulyasiya edilməsi ilə bağlı hadisələrdə "Neftçi”nin də adı hallandırıldığından klub rəhbərliyi tərəfindən daxili araşdırma aparılıb. Xüsusən, AFFA-nın İntizam Komitəsinin 01.12.2017-ci il tarixdə keçirilən iclasında çıxarılan qərardan sonra buna çox ciddi zərurət yarandı. Araşdırma nəticəsində komandamızın məşqçi-metodisti Agakişi Mehdizadənin oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı müəyyən olunub. O, verdiyi yazılı izahatda özünü təqsirli bilərək prosesdə fərdi xarakterli iştirakını etiraf edib. Bu səbəbdən məşqçi–metodist Agakişi Mehdizadə dərhal tutdugu vəzifədən azad olunub. Qeyd edək ki, Ağakişi Mehdizadə əvvəllər "İnter" Peşəkar İdman Klubunda (hazırki "Keşlə") məşqçi-metodist vəzifəsində çalışıb.

Araşdıma zamanı topladığımız materiallar isə aidiyyatı üzrə AFFA-ya göndərilib. "Neftçi” PFK olaraq bir daha bəyan edirik ki, idman oyunlarının nəticələrini manipulyasiya edənləri şiddətlə qınayırıq və bu cür qanunazidd halların qarşısının alınması üçün mübarizə aparan bütün qurumlara dəstək verməyə hazırıq.

Ağakişi Mehdizadə danışılmış oyunlarda iştirakına görə ömürlük futboldan uzaqlaşdırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail