"Simurq"la oyun "Neftçi" ilə matçdan daha ağır ola bilər"

19.12.2011 | 5194 dəfə oxunub

“İnter”in gürcüstanlı hücumçusu Baçana Tsxadadze müsahibəsində “Neftçi” ilə qarşılaşma barədə danışıb və “Simurq”la keçiriləcək matç haqqında fikirlərini açıqlayıb.

Stadium.az Tsxadadzenin klubun rəsmi saytına verdiyi açıqlamanı təqdim edir:
 
- “Neftçi” ilə matç kifayət qədər çətin alındı, bununla belə, “İnter” vacib qələbə əldə etməyi və növbəti 3 xalı qazanmağı bacardı. Bu qarşılaşma barədə nə deyə bilərsən?
- Düşünürəm ki, bu, hazırda keçirdiyimiz ən yaxşı oyunlardan biridir. Qarşılaşma tamaşılar üçün də çox maraqlı alındı. Bütün 90 dəqiqə kifayət qədər yaxşı ritmdə və olduqca gərgin mübarizə şəraitində keçdi. Bizim üçün ikiqat xoşdur ki, məğlub durumda olduğumuza baxmayaraq, görüşün gedişini dəyişdirməyi bacardıq və son nəticədə qələbə qazanmağa müyəssər olduq.
 
- Belə bir fikir var ki, Georgi Lomaya 11 metrlik cərimə zərbəsini dəf edikdən sonra oyunun gedişi dəyişdi. Bu fikirlə razısan?
- Bəli, bu fikirlə 100 faiz razıyam. Bu addımıyla Lomaya hamımıza nümunə oldu. O göstərdi ki, ruhdan düşmək tezdi və sonadək oynamaq lazımdı. Yekunda bu da bizə maksimal nəticə əldə etməyimizə kömək etdi.
 
- Şənbə günü “Neftçi”nin qapısına vurulan qollardan birinin müəllifi oldun. Birinci dövrədə də bu komandanın qapısından qələbə topunu keçirməklə fəqrlənmişdin. Deyə bilərsənmi, “Neftçi”qə qarşı belə uğurlu oyunun sirri nədədi?
- Mən hər bir rəqibə qarşı eynilə davranmağa çalışaram. Belə alındı ki, “Neftçi” ilə hər iki oyunda iki dəfə qol vurmaq mənə müyəssər oldu. Bunu müxtəlif faktorlarla əlaqələndirmək olar. Demək istəyirəm ki, mən bununla kifayətlənməyə hazırlaşmıram. Mənim üçün istənilən rəqib eynidi və həmin rəqibin turnir cədvəlində birinci və ya axırıncı yerdə olmasının heç bir fərqi yoxdu. Hər qarşılaşma özünə görə vacibdi.
 
- Bu qələbə “İnter”i “Neftçi”yə yaxınlaşdırdı və indi komandamızı liderdən cəmi 1 xal ayırır. Ümumiyyətlə, “İnter”in qələbəsi intriqanı gücləndirdi və turnir cədvəlində sıxlığı artırdı...
- Bu mövsümdə turnir cədvəli çox sıx və maraqlı görünür. Çempionat çox intriqalı alınır. Bəli, biz “Neftçi”dən cəmi bir xal geridəyik, ancaq bizdən aşağıda yalnız yüksək yerlərə iddia edən  “Xəzər-Lənkəran” və “Bakı” kimi komandalar qərarlaşıblar. Bütün bu komandalar qış fasiləsinə ikinci və ya birinci yerdə yollana bilər. Bu vəziyyət bizə rahatlaşmağa imkan vermir. Bir daha təkrar edirəm ki, çempionat çox maraqlı alınır.
 
- Artıq ikinci gün “İnter” səfərdə Zaqatalanın “Simurq” komandasıyla qarşılaşacaq. Bilirik ki, bu komanda doğma meydançada güzəştə getməməsilə fərqlənir və matçın çox çətin olacağı gözlənir. Bu qarşılaşma barədə nə deyə bilərsən?
- Bu oyuna çox yaxşı hazırlaşmaq lazımdır, axı “Simurq” bizə rahatlaşmağa imkan verəcək komanda deyil. Son turda bu komanda AZAL ilə vacib qarşılaşmada məğlub olub, lakin “Simurq”un ilk “altılığa” düşmək şansı qalır və buna görə də onlar qarşıdakı matçda qalib gəlmək üçün əllərindən gələni edəcəklər. Bir sözlə, bu matça çox ciddi hazırlaşmaq lazımdı. Asan oyun olmayacaq. Qarşıdakı oyun “Neftçi” ilə keçirilən matçdan daha ağır ola bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail