"Xəzər Lənkəran" üçün tarixdə otuzuncu, mövsümdə ilk

20.12.2011 | 5437 dəfə oxunub

Premyer Liqanın XVII turu çərçivəsində “Kəpəz”lə qarşılaşma “Xəzər Lənkəran” üçün daha bir faktla əlamətdar olub. Belə ki, mövsüm ərzində ilk dəfə hakimlər komandanın lehinə penalti qərarı veriblər.

“Xəzər Lənkəran” sonuncu dəfə ötən mövsümün XXIV turunda penalti vurmuşdu. Bu il martın 18-də “Neftçi” ilə qarşılaşmada JuliusVobay 11 metrlik nöqtədən dəqiq olmuşdu. “Xəzər Lənkəran” növbəti penalti qərarını 273 gün gözləməli oldu. Təbii ki, ölkə kubokunun finalındakı oyun sonrası penaltilər seriyası nəzərə alınmamaqla. Vobayın penaltisindən sonra lənkəranlılar 30 oyunda 11-metrlik cərimə zərbəsi vurmaq həsrətində qalıblar. Nəhayət, son turda Branimir Subaşiçin yerinə yetirdiyi penalti bu seriyanın nöqtəsini qoydu.

Əslində “Xəzər Lənkəran” mövsümdə bir dəfə penalti vurmağa öyrəşib. 2010/11 mövsümündəki həmin penalti də indiki kimi yeganə olmuşdu. Ondan əvvəlki son zərbə isə 2010-cü il aprelin 23-də vurulmuşdu. O vaxt 2009/10 mövsümündə çempionatın 29-cu turunun “İnter”lə görüşündə İvan Svetkov 11 metrdən qapını dəqiq nişan almışdı. Bundan 329 gün sonra hakimlər “Xəzər Lənkəran”ın penalti vurmasına imkan verdilər. Onu da qeyd edək ki, bu müddətdə “Xəzər Lənkəran” 34 oyun keçirmişdi. Bir sözlə son 67 qarşılaşmada cəmi 3 penalti vurulub.

Ümumilikdə isə “Xəzər Lənkəran” tarixi ərzində müxtəlif turnirlərdə 30 penalti zərbəsi vurub. Oyunsonrası penaltilər seriyaları nəzərə alınmamaqla hesablanan bu 30 zərbədən yalnız 4-ü dəqiq olmayıb. “Kəpəz”lə oyuna təsadüf edən 30-cu yubiley penaltisi 26-cı qolun vurulması ilə nəticələnib.

2004/05 – 6/6
 
Bəxtiyar Musayev – 1/1
Vyaçeslav Lıçkin – 1/1
Oqtay Dərəlioğlu – 4/4

2005/06 – 4/3

Miroslav Saviç – 1/0
Samir Əliyev – 2/2
Katalin Lita – 1/1

2006/07 – 7/7

Zaur Ramazanov – 6/6
Mahmud Qurbanov – 1/1

2007/08 – 3/2

Zaur Ramazanov – 2/1
Yakuba Bamba – 1/1

2008/09 – 3/3

İvan Svetkov – 2/2
Mario Souza – 1/1

2009/10 – 5/3

Allan Lalin – 1/0
İvan Svetkov – 3/3
Mario Souza – 1/0

2010/11 – 1/1

Julius Vobay – 1/1

2011/12 – 1/1

Branimir Subaşiç – 1/1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail