Roman Qriqorçuk: "Komandamın oyunundan zövq alıram"

11.12.2017 | 5540 dəfə oxunub

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Səbail” qarşılaşmasından sonra (1:0) “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Stadium.Az xəbər evrir ki, ukraynalı mütəxəssis oyun haqda belə danışıb:

“Oyundan razı qaldım. Ümumiyyətlə son vaxtlar komandamın oyunundan zövq alıram. Bu da çox yaxşı, müsbət məqamdır. Təəssüf ki, bu gün daha çox qol vura bilmədik.

Çünki belə oyunda hesab başqa cür olmalı idi. Lakin göstərdiyimiz oyundan razıyam. Rəqibin cavab matçında necə oynayacağını indidən deyə bilmərəm. “Səbail” yaxşı komandadır və biz cavab matçına ciddi yanaşacağıq. Müxtəlif variantlara hazırlaşacağıq. Futbolda hər şey olur. İndi matçı təhlili vacibdir ki, cavab görüşünədək oyunumuzda müəyyən düzəlişlər edək. Cavid Hüseynovu ən yaxşı azərbaycanlı futbolçulardan biri sayıram.

Ona inanıram və əminəm ki, daha yaxşı oynayacaq. Bunun üçün ona vaxt lazımdır. Mən Cavidin həm “Qəbələ”, həm Azərbaycan millisinə hələ çox fayda verəcəyinə əminəm. Tellur Mütəllimov üzərində çox çalışır. Biz də ona kömək etmək istəyirik. Amma həmişəki prinsipimizlə meydana ən hazırlıqlı futbolçular çıxır. Bu gün isə komandanın oyununu o qədər bəyəndim ki, dəyişikliyə ehtiyac duymadım. Belə heyətin daha çox meydanda olmasını istədim.

Əlbəttə ki,Tellura inanırıq. O, potensiallı futbolçudur. Onun üzləşdiklərindən düzgün nəticə çıxardığını görürəm. Komandadan kimlərin gedəcəyi barədə heç bir dəqiq məlumatım olmadığı üçün sizə də deyə bilmərəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail