Qurban Qurbanov: "İndi geniş açıqlama vermək istəmirəm" - MÜSAHİBƏ

13.12.2017 | 3887 dəfə oxunub

Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mini müsahibəsini təqdim edirik:

- Bu gün millinin aşağı yaş qrupları üzrə komandalarına təyinatlar rəsmiləşdi. Köməkçiləriniz nə vaxt bilinəcək?

- İndi geniş açıqlama vermək istəmirəm. Ayın 20-dən sonra mətbuat konfransı olacaq. Orada bu barədə daha ətraflı danışacağıq.

- Rəşad Sadıqov eyni zamanda 3 komandaya başçılıq edəcək. Sizcə, gənc məşqçi üçün bu qədər iş çox deyil?

- Yox, çox olmaz. Biz futbolun içindəyik. Tək bir işin arxasınca düşsək, inkişafa nail ola bilmərik. Daha çox komanda, daha çox futbolçu ilə məşğul olmalıyıq ki, şüurumuzu inkişaf etdirək. İnsanın potensialı varsa, bundan maksimum dərəcədə istifadə etməyə çalışmalıdır. Ağır olacaq. Bilirik ki, Rəşadı çox məsuliyyətli bir işin altına atdıq. Amma onu yaxşı tanıyıram. Biz ona güvənirik.

- İlk rəqib kimi niyə məhz Gürcüstanı seçdiniz?

- Hazırda milli komanda səviyyəsində rəqib tapmaq çətindir. Digər tərəfdən, Gürcüstanla federasiyalar arası dost münasibətlər var. Ona görə müəyyən danışıqlardan sonra onlarla oynamaq üçün razılığa gəldik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail