"Ola bilər ki, "Qarabağ"ın adından çəkinsinlər"

14.12.2017 | 3524 dəfə oxunub

"Qarabağ"la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşünə hazırlaşan "Sumqayıt" komandasının məşqçisi Seymur Rəhimov oyun və hazırlıqla bağlı Stadium.az saytına müsahibə verib.

"Qarabağ"la ağır oyuna hazırlıq necə gedir?

-
Maksimum güclə hazırlaşırıq cavab görüşünə. Kubok oyunları iki görüşdən ibarət olur. Səfər oyununda 2-1 uduzsaq belə, vurduğumuz qol bizə üstünlük verir. Hərçənd "Qarabağ" çox güclü komandadı. Amma biz də əllərimizi yanımıza salmayacağıq. Çalışacağıq oyunu lazım olan hesablı qələbə ilə başa vuraq.

- Cavid İmamverdiyev cavab görüşündə oynaya biləcək?

- İlk oyunda Cavidin olmaması ciddi itki idi. Sədəsin sağaldıb. Yəqin ki, cavab görüşündə meydanda olacaq. 

- Son illər davamlı olaraq komanda "Qarabağ"a uduzur. Hətta rəqibiin 10 nəfərlə belə qələbə qazandığı oyun olub. Bu komandada ümidsizlik yaratmır?

- Yox, ümidsizlik deməzdim. Bilirsiniz ki, "Sumqayıt" komandası gənclərdən təşkil olunub. 3-4 futbolçunu çıxmaqla digərləri gənc futbolçulardı. Ola bilər ki, "Qarabağ"ın adından çəkinsinlər. 

- Mehdi Cənnətov oynadığı oyunlarda ciddi səhvlərə yol verib. Belə vacib oyunda onun qapını qoruyacağı sizi narahat etmir ki?

- Yox. Fərhada necə inanırıqsa, Mehdiyə də elə inanırıq. Potensialı böyükdür. Əksinə, mən belə düşünürəm ki, sabahkı oyunu Mehdi udacaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail