Yunis Hüseynov: "Gecə-gündüz bu işin üstündə işləyirəm ki..."
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” ilə cavab görüşündən (2:3) sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov jurnalistlərin suallarını cavablandırıb:
- Oyun barədə nəsə demək çətindir. Çox istəyirdik ki, Avropa Liqasına çıxış üçün ən azı bir ümid yerimiz qalsın. Qış fasiləsindən sonra çıxıb Avroliqa üçün oynayacağımızı desəm, yalan olar. Amma kubok vasitəsi ilə istəyimizə nail ola bilərdik.
Bu gün futbolçularımda istək gördüm, istəkli oynadılar. Çalışdılar ki, qələbə qazansınlar, lakin sonda təcrübə öz sözünü dedi. Ona görə də bu gün uduzduq. "Keşlə" komandasına uğurlar arzu edirəm. Bu gündən etibarən tətilə yollanırıq. Çalışacağıq ki, heç olmasa fasilə müddətində komandamızın gücünə nisbətən güc qataq”.
- Kubok sizin üçün sonuncu ümid yeri idi. Lakin futbolçularınız bu işin də öhdəsindən gələ bilmədi. "Qara siyahı"nızda kimlər yer alıb?
- Mən "Kəpəz"i 5-ci oyununa çıxarırdım. Bunlardan ikisi çempionat, 3-ü isə kubok görüşlərinə təsadüf edib. 4 qarşılaşmada uduzmuşuq. Belə götürəndə qalib gəldiyimiz "Binə" matçı da xoşuma gəlməyib. Uşaqlar yaxşı oyun nümayiş etdirməyiblər. Bəli, bütün bunlar reallıqdır. Ancaq həyatda ola biləcək şeydir. Bütün klubların başına gələ bilər və dəyişiklik etmək normaldır. Gedəcək futbolçuların adlarını açıqlasam, çox da yaxşı çıxmaz. Ancaq dəyişiklik olacaq.
- Dəyişiklik hər bir komandada olur. Lakin Yunis Hüseynovun komandası deyilirsə, komandanın 90 faizi dıyişməlidir. Çünki sizin işlədiyiniz klublar və göstərdiyiniz nəticələr göz qabağındadır. Futbolçu tapmaq necə, çətin olmayacaq?
- Bax elə mənim qorxduğum da budur. Düzdür, söz vermişəm, bu komandanı düzəltməliyəm. Düşünə bilərsiniz ki, hamı vaxt istəyir. Ancaq həqiqətən özünüz də görürsünüz ki, bu "Kəpəz"də çox dəyişiklik olmalıdır. Ancaq birdən-birə bütün heyəti göndərib, 5-10 futbolçu ilə ortada qala bilmərəm. Gecə-gündüz bu işin üstündə işləyirəm ki, "Kəpəz"ə layiqli futbolçu tapım.
- Bu gün Kərim Diniyev zədə ucbatından meydana çıxa bilməmişdi. Bununla belə, ola bilərmi ki, futbolçu atasının gedişindən sonra komandada qalmaq istəməsin?
- Yox, belə bir hal hiss etməmişəm. Kərim peşəkar futbolçudur. Sadəcə, zədəsi olduğu üçün bu matçı buraxmaq məcburiyyətində qaldı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |