Nizamiylə Mirhüseyn AFFA-nın cəzasından apellyasiya şikayəti verib

15.12.2017 | 3602 dəfə oxunub

AFFA İntizam Komitəsinin üç şəxsə oyunların idman nəticəsinin manipulyasiyasında iştirakına görə futbola aid hər bir məşğuliyyətin ömürlük qadağan edilməsi ilə bağlı qərarına yenidən baxılacaq.

Stadium.Az xəbər verir ki, bunu UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov məlumat verib. O bildirib ki, “Keşlə”nin sabiq futbolçuları – Nizami Hacıyev və Mirhüseyn Seyidov, eləcə də "Neftçi”nin sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verib. Onun sözlərinə görə, sözügedən şəxslərlə bağlı yekun qərar 2018-ci ilin əvvəlində veriləcək.

Cəbrayılov bildirib ki, hazırda araşdırmalar davam edir. O, yaxın gələcəkdə də cəzaların olacağını istisna etməyib:

“Hazırda daxil olan məlumatlara əsasən araşdırmalar davam edir. Klub rəsmilərinin və məşqçilərin danışılmış oyunlarda iştirakı ilə bağlı konkret informasiya yoxdur. Olarsa, həmin şəxslər də cəzalandırılacaqlar. Proses davam davam etdiyi müddətdə ətraflı açıqlamaq olmur. Çünki bu istintaq fəaliyyətinin detalı ola bilər”.

Nizami Hacıyev və Mirhüseyn Seyidov dekabrın 1-də, Ağakişi Mehdizadə isə dekabrın 6-da AFFA İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük uzaqlaşdırılıblar. Hər 3 şəxs çalışdıqları klublardan kənarlaşdırılıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail