Elvin Məmmədov "Qəbələ"yə keçir

17.12.2017 | 4383 dəfə oxunub

“Neftçi”nin qış fasiləsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin adı bəlli olub. Stadium.Az xəbər verir ki, paytaxt klubu “Qəbələ”nin yarımmüdafiəçisi Elvin Məmmədovla danışıqlara başlayıb.

Təcrübəli futbolçu “qırmızı-qaralar”ın heyətində oyun praktikası baxımından əziyyət çəkir. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Məmmədova az şans verir. “Neftçi” də məhz bundan istifadə etmək niyyətindədi. 

Bakılılar Elvinin razılığını alandan sonra “Qəbələ” ilə danışıqlara başlamağı düşünürlər. Transferin baş tutması üçün bölgə klubu “hə” deməlidi. Çünki Məmmədovun “Qəbələ” ilə gələn ilin yayına kimi müqaviləsi var.

Karyerası ərzində “Qəbələ”dən öncə “Turan Tovuz”, “İnter”, “Qarabağ”, “Bakı” və “Zirə” klublarında da oynamış Məmmədovun adı əvvəllər də bir neçə dəfə “Neftçi” ilə birgə çəkilib.

"Qəbələ”nin heyətinə bu ilin yayında qoşulan Elvin Məmmədov Premyer Liqanın cari mövsümündə cəmi 6 oyunda iştirak edib və aktivinə 1 qol yazdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail