Rövnəq Abdullayev: "Tovuzda heç kim futbola yaxın durmur"

20.12.2017 | 3761 dəfə oxunub

AFFA İcraiyyə Komitəsinin iclasından sonra AFFA prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı təşkil edilib:

- Bu gün xoş gündü. Milli komandalar üçün bazanın açılışını etdik. Burda bir komandanın yaşaması və məşq etməsi üçün hər bir şərait yaradıılıb. Həmçinin, gələcəkdə “Səbail” də burdan istifadə edəcək. Bu, UEFA-nın dəstəyi nəticəsində başa gəlib. Bütün maliyyə qitə futbol qurumu tərəfindən ödənilib. Bu, UEFA-nın hədiyyəsidi. UEFA tərəfindən ayrılmış maliyyyə ilə Sumayıtda 2 və Bakı Olimpiya stadionunda bir təbii örtüklü meydança salınacaq. İcraiyyə Komitəsinin iclasında əsas qərar milli komandaların baş məşqçilərinin təsdiqi oldu. Bundan başqa, oyun nəticələrinin manipulyasiyası ilə bağlı bizə məlumat verildi. UEFA böyük şirkət tutub, hətta regional oyunlarını da nəzarətdə saxlayır. Şübhəli məqam varsa, bu barədə məlumat verir. Hamı bilsin ki, futbolla məşğul olan adam mərc oyunlarında heç vaxt iştirak etməməlidi. Keçən il qanun qəbul olundu. Bu, artıq cinayət məsuliyyəti daşıyır. “Keşlə”nin iki futbolçusu və “Neftçi”nin bir məşqçisi artıq prokurorluğa verilib. Region Liqasının başlanması ilə bağlı hesabat da verildi. Bu yarışa maraq çox böyükdü. Azərbaycanı əhatə edən yarışlar olacaq və futbolun inkişafına təkan verəcək.

- “Kəpəz”də aparılan yoxlamanın nəticəsi açıqlanmadı...
- Bu barədə yoxlama oldu. Əfsuslar olsun ki, bizim nümayəndə tərəfindən pozuntuya cəhd olunmuşdu. Yoxlamanın nəticələri ilə tanış olduq və bir neçə nəfəri işdən azad etdik. Sistemi elə qurmaq istəyirik ki, şəffaf olsun. Yenə manipulyasıya məsələsinə qayıdıram. Həmin şəxslər barədə qəti tədbir görüldü. Bu, belə də davam edəcək. Avropanın mərkəzində bunun kökünü kəsdilər. Bu, klubda olan bəzi fərdi insanlara qarşı oldu. Çalışırıq ki, futbolumuza haram qatılmasın.

- Növbəti mövsüm üçün Premyer Liqa klublarının sayının artırılması müzakirə olundumu?
- Keçən il də demişdim ki, 10 komandaya çatdırmaq istərdim. 9-a çətinliklə çatdırdıq, 8 komanda ilə başladıq. İqtisadi cəhətdən müəyyən çətinliklər oldu və sponsorlar futboldan getdi. Sponsor və ictimaiyyət olmalıdı. Bu gün Gəncəyə nəzarət qoymuşuq. Bizim adamlar orda oturub, oranın futbolunu irəli aparmağa çalışır. Amma bizim hər bölgədə bunu etməyə imkanımız yoxdu. Həmin bölgədə irəli çıxan lazımdı.

- Belə söz-söhbət var ki, AFFA özü kənar şəxsləri buraxmır...
- Bu, boş söhbətlərdi. Mənim özümün xoşuma gəlir?

- Bəlkə lisenziyanın şərtlərini asanlaşdırmaq lazımdı?
- Bu, UEFA-nın tələbləridi. Komandaları sponsorlar yarı yolda qoyub getməməlidi.

- Region Liqasından I Diviziona çıxan komanda olacaqmı?
- Bəli, 1 komanda çıxacaq. I Divizionun da sonuncusu ora düşəcək. Həmçinin I Diviziondan 1 komanda Premyer Liqaya çıxacaq.

- Bəlkə Topazın Premyer Liqanın sponsoru olması manipulyasiya məsələsində problem yaradır?
- Xeyr, belə şey ola bilməz. Haramçılıq odu ki, çörək yediyin yerə tüpürürsən.

- “Sabah” təhsil nazirliyi tərəfindən maliyyələşir. Bu komandanın Premyer Liqaya gəlməsi barədə söhbət olmayıb?
- Bizim heç kimlə söhbətimiz olmayıb. Kimin gedəcəyini bilmirik.

- Çempionatda Bakı klubları daha çoxdu. Bu, nə dərəcədə qanunauyğundu? Olmaz ki, “Zirə”nin, “Səbail”in yerinə Tovuz klubu Premyer Liqaya çıxsın?
- Sovet düşüncəsindən çıxmaq lazımdı. Bayılda futbol olmamalıdı? Bu klubların hər birinin öz sponsoru var. Tovuz klubu I Divizionda oynayır. Biz onlara I Divizion səviyyəsində sponsorluq edirik. Tovuzda heç kim futbola yaxın durmur.

- Futboldan uzaqlaşdırılanlar barədə konkret səbəb göstərilmədi...
- Özləri etiraf etdilər. Bu, böyük sistemdi, iş davam edir. Futbolla məşğul olan insanların bu işi görmək ixtiyarları yoxdu. Böyük iş apardıq. UEFA-dan keçən il də, o biri il də məlumatlar gəlirdi. “Rəvan”, “Bakı” var idi. UEFA tələb qoydu ki, çempionatdan çıxarılmalıdı. Amma indiki fərdi şəxslərlə bağlıdı. FİFA prezidenti şübhəli bilindiyi üçün futboldan 6-7 illik uzaqlaşdırıldı. Hələ şübhəli ola-ola.


- Mehdi Hüseynzadə adına stadionun SOCAR tərəfindən təmir ediləcəyi deyilir...
- Belə bir şey yoxdu. “Bakcell Arena”ya bu gün “Bakcell” vəsait ödəyir. “Azərsun Arena” “Azərsun”undu. Bütün arenaların adları kommersiya olacaq. Bayıldakı stadiona da sponsor axtarırıq. Kim istəyirsə, sponsorluq edib, atasının adını stadiona qoysun (gülür). Mehdi Hüseynzadə ilə bağlı nəsə etməyi düşünürük. Bu gün də bunun müzakirəsi oldu. Orda 10 minlik stadionun tikilməsi məsələsinə baxmağı düşünürük. “Sumqayıt” rəhbərliyi də deyir ki, çox adam oyun vaxtı ayaq üstə baxır. Buna maliyyə axtarırıq. Elxan müəllim söz verdi ki, UEFA ilə bu barədə danışacaq. Bir az biz, bir az da özləri maliyyə tapar. Stadionun adına isə gələcəkdə qərar veriləcək.

- Bu gün Anatoli Banişevskinin adını daşıyan hansısa stadion yoxdu...
- Banişevski də var, Kazbek Tuayev də var. Stadion adları ancaq kommersiya məqsədli olacaq. Banişevski ilə bağlı həmişə böyük tədbirlər keçirmişik. Stadionun adlarını satacağıq ki, sponsor arenaya maliyyə ayırsın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail