Barqas "Neftçi"dən ayrılır

21.12.2017 | 6835 dəfə oxunub

“Neftçi” qış fasiləsində daha bir futbolçu ilə vidalaşır. Stadium.Az Boliviya mətbuatına istinadən xəbər verir ki, Uqo Barqas karyerasını bu ölkənin “Bluminq” komandasında davam etdirəcək.

Bu barədə “El Mundo” nəşrinə klubun meneceri Tito Paz məlumat verib. Onun sözlərinə görə, 30 yaşlı forvard ona göndərilən rəsmi təklifi artıq qəbul edib:

“Barqas 2018-ci il yanvarın ilk həftəsində “Bluminq”ə qoşulacaq. Müqavilə ilə bağlı ona rəsmi təklif göndərmişik. Danışıqlar uğurlu keçib. Sözləşmə bizim büdcəmizə uyğundur”.

Məlumatı dəqiqləşdirmək üçün “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu ilə əlaqə saxladıq. Klub rəsmisi saytımıza bildirdi ki, Barqas agenti vasitəsilə bir neçə gün öncə komandadan ayrılmaq istəyi haqda “Neftçi”yə şifahi məlumat verib: “Amma rəsmi müraciət olmayıb. Barqas rəsmi müraciət etsə, məsələyə baxılacaq”.

Barqas “Neftçi”yə bu ilin fevral ayında məhz “Bluminq” klubundan keçmişdi. Onun “ağ-qaralar”la müqaviləsi mövsümün sonuna qədərdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail