Rauf Əliyevlə Vqif Cavadov "Keşlə"yə keçir

28.12.2017 | 5215 dəfə oxunub

Azərbaycan millsinin sabiq futbolçusu Vaqif Cavadovun karyerasını hansı klubda davam etdirəcəyinə böyük ölçüdə aydınlıq gəlib.

Stadium.Az xəbər evrir ki, 28 yaşlı hücumçu “Keşlə”yə keçəcək.

Cavadov formasını bərpa etmək üçün bir müddət öncə paytaxt təmsilçisinin məşqlərinə qatılmışdı. Lakin tərəflər maddi məsələdə razılığa gələ bilmədikləri üçün Vaqif “Keşlə”nin düşərgəsini tərk etmişdi. Ancaq onun bu komandaya keçmək söhbəti yenidən gündəmə gəlib.

Hazırda tərəflər arasında danışıqlar aparılır. Məsələnin bu ayın sonuna kimi həllini tapacağı gözlənilir. “Keşlə” Cavadovla mövsümün sonuna qədər nəzərdə tutulmuş sözləşmə imzalamaq fikrindədi.

Albaniyanın “Kukesi” klubundan ayrılan Rauf Əliyevin də “Keşlə”yə keçmək variantı var. FİFA-nın qaydalarına əsasən, mövsüm ərzində 3-cü klubun formasını geyinmək mümkün olmadığından, təcrübəli hücumçunun çıxış yolu sabiq komandasına qayıtmaqdı. “Keşlə”nin məşqçilər korpusu da Raufla müqavilə imzalanmasına razıdı.

Qış fasiləsində Məqsəd İsayev, Kamran Ağayev və Pablo Podio ilə anlaşan “Keşlə” rəhbərliyi əvəzində Elnur Abdullayev, Samir Zərgərov, İlkin Qırtımov və Mirsahib Abbasov kimi futbolçularla yolları ayırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail